Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

1 İYUN 2015-Cİ İL
RUSİYA

Taqanroqdakı cinayət işi üzrə məhkəmənin vacib qərarı tezliklə bəlli olacaq

Taqanroqdakı cinayət işi üzrə məhkəmənin vacib qərarı tezliklə bəlli olacaq

Taqanroqdakı (Rusiya) 16 Yehovanın Şahidinin 2015-ci ilin fevral ayından başlayan məhkəmə işinə yenidən baxılması artıq beş aydır ki davam edir. Onları ibadət etdiklərinə görə həbs cəzası və cərimələr gözləyir.

Yehovanın Şahidlərinin cinayət işi prosesi 2013-cü ilin mayın 13-dən başlayıb. Həmin vaxt onları ekstremist fəaliyyətlə məşğul olmaqda ittiham etmişdilər. Birinci instansiya məhkəməsi onlardan yeddisini cərimələmiş, dördünə isə uzunmüddətli həbs cəsazı vermişdi. Ancaq hakim hökmün icrasını təxirə saldı. 2014-cü il dekabrın 12-si prokurorun xahişi ilə Apelyasiya Məhkəməsi bu işə yenidən baxılmasına qərar verdi. Yehovanın Şahidləri iyunun sonuna kimi yeni qərarı gözləyirlər.