Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

2 İYUN 2014-CÜ İL
RUSİYA

Taqanroqda (Rusiya) Yehovanın Şahidlərinə qarşı məhkəmə işləri hələ də davam edir

Taqanroqda (Rusiya) Yehovanın Şahidlərinə qarşı məhkəmə işləri hələ də davam edir

2014-cü ilin may ayından Taqanroq Şəhər Məhkəməsində 16 Yehovanın Şahidinin məhkəmə işi davam edir. Bu, Rusiyada yeganə məhkəmə işidir ki, müttəhimlər cinayət təqibi ilə hədələnərək imandan dönməyə məcbur olunurlar. Müttəhimlərdən biri deyir: «Onlar mənim hamı kimi olmağımı istəyirlər. Başqalarından fərqlənməyi, harasa getməyimi, Müqəddəs Kitab haqda danışmağımı istəmirlər. Sonra nə baş verəcəyini bilmirəm».

2009-cu ildən etibarən Rusiya hökumət nümayəndələri Yehovanın Şahidlərinə qarşı Ekstremist fəaliyyətinə müqavimətlə bağlı qanunu yanlış şəkildə tətbiq edirlər və bu, daha da intensivləşir. Yehovanın Şahidlərinin vəkili olan Viktor Jenkov deyir: «Mən son illər ərzində Yehovanın Şahidlərinin təqib olunması ilə bağlı baş verən hadisələri götür-qoy etdim və belə bir qənaətə gəldim ki, hüquq mühafizə orqanları Yehovanın Şahidlərinə qarşı məqsədyönlü şəkildə daima mübarizə aparırlar». Taqanroqun dövlət nümayəndələri onlara qarşı xüsusilə aqressiv mövqe tuturlar. Yehovanın Şahidləri 1992-ci ildən Rusiya Federasiyasında rəsmi olaraq qeydiyyatdan keçmələrinə baxmayaraq, onlarla elə rəftar edirlər, sanki, fəaliyyətləri qadağa altındadır. Onlar öz niyyətlərini heç gizlətmirlər. İttiham olunan digər Şahid deyir: «Müstəntiq kabinetində açıq-aydın şəkildə dedi ki, “Yehovanın Şahidi olmaqdan imtina etdiyini göstərən vərəqə imza at və biz sənin əleyhinə qaldırılan bütün işləri bağlayaraq, səni azadlığa buraxarıq, hara istəyirsən get”».

Məhkəmənin qərarından asılı olaraq, 16 Şahid cərimələnə, icbari işə cəlb oluna və ya həbs oluna bilərlər. Əgər onlara hökm kəsilsə, onda bütün Rusiyada din azadlığı təhlükə altında olacaq. Bu isə, öz növbəsində, Rusiyadakı bütün Yehovanın Şahidləri üçün bir işarə olacaq ki, həmişəki kimi dinc şəkildə dini fəaliyyətlə məşğul olduqlarına görə eyni cür cinayət təqibi ilə üzləşmək riski gözləyir. Müttəhimlərin başqa bir vəkili Alyona Borodina bölüşür: «Yehovanın Şahidləri həmişə dövlət nümayəndələri tərəfindən təqiblərə məruz qalırlar. Onların ədəbiyyatı ekstremist nəşrlər siyahısına daxil olunur. Əgər məhkəmənin qərarı ilə ədəbiyyat ekstremist hesab olunursa, onu məhkəmənin qərarı ilə məhv edirlər. Bir yazıçı demişdi ki, “kitabları yandıranlar bir gün insanları da yandıracaqlar”. Dini azadlıq üçün ciddi təhlükə var».

2014-cü il iyun ayında məhkəmənin qərarı gözlənilir. Bütün dünyadakı Yehovanın Şahidləri, eləcə də din azadlığına dəyər verən digər insanlar bu qərarı həyəcan içində gözləyirlər.