Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

31 İYUL 2014–CÜ İL
RUSİYA

Taqanroq Məhkəməsi öz dinlərinə etiqad etdikləri üçün Yehovanın Şahidlərini məhkum etdi

Taqanroq Məhkəməsi öz dinlərinə etiqad etdikləri üçün Yehovanın Şahidlərini məhkum etdi

2014-cü il 30 iyul tarixində Taqanroq Şəhər Məhkəməsi 16 Yehovanın Şahidindən 7-nə dinc şəkildə dini görüşlər keçirdiklərinə görə hökm oxudu. Onlar Yehovanın Şahidlərinin bütün dünyada keçirdikləri görüşlərdə iştirak etdikləri üçün təqib olunurdular. Bu qərar Rusiyadakı Yehovanın Şahidlərinin dini azadlığını məhdudlaşdıracaq təhlükəli presedent yaradır.

Hakim hökmü 2014-cü il 28 iyul tarixində elan etməli olsa da, onu növbəti günə keçirdi. İyulun 29-u səhərdən axşamadək 100 səhifəlik qərarı oxudu, 30-u səhər isə davam etdi. Hakim icmaya nəzarət edən dörd Yehovanın Şahidinə beş ildən beş il yarım müddətinə həbs cəzası və 100 000 rubl (2800 ABŞ dolları) cərimə kəsdi. Digər üç nəfərin hər birinə isə 50 000—60 000 rubl (1400—1700 ABŞ dolları) cərimə kəsdi. Cinayət məsuliyyətinə cəlb etmək müddəti bitdiyi üçün hakim məhkum olunmuşların hamısını cərimə ödəməkdən azad etdi və qərar verdi ki, azadlıqdan məhrum etməklə əlaqədar verilən cəza şərtidir. Qalan doqquz Yehovanın Şahidinə məhkəmə bəraət verdi.

Hakim öz qərarını Rostov Vilayət Məhkəməsinin 2009-cu ilin sentyabrında Yehovanın Şahidlərinin Taqanroqdakı yerli dini icmasının fəaliyyətinin dayandırılması ilə bağlı çıxardığı qərara əsaslandırdı. Hərçənd 2009-cu ildə verilən qərar yalnız hüquqi şəxsə yönəlmişdi, amma hakim bu qərarı Taqanroqdakı və ətraf bölgələrdəki bütün Yehovanın Şahidlərinin fəaliyyətinə aid etdi.

15 ay çəkən məhkəmə prosesi ərzində müttəhimlər bildirdilər ki, onlar əqidələrindən dönməyəcəklər və Yehovanın Şahidləri olaraq qalacaqlar. Onlar dini fəaliyyətlərini dayandırmadıqları təqdirdə təkrar cinayət törətməkdə ittiham olunaraq həbs oluna bilərlər.

Bu məhkəmə işinin vəkillərindən biri Viktor Jenkov deyir: «Qorxuram ki, bu qərar Rusiyadakı Yehovanın Şahidlərinin fəaliyyətinə zərər vuracaq. Taqanroqdakı və bütün Rusiyadakı hökumət nümayəndələri bu qərardan istifadə edərək bundan sonra da Yehovanın Şahidlərinə zülm etmək üçün onların əleyhinə təbliğat apara bilər. Bununla da Yehovanın Şahidləri dini fəaliyyətlərinə görə həbs oluna bilərlər».

Taqanroqdakı Yehovanın Şahidləri bu qərarla bağlı Rostov Vilayət Məhkəməsinə şikayət edəcəklər.