Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

14 YANVAR 2016-CI İL
RUSİYA

Rusiya gömrük məmurları Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri saxlayıblar

Rusiya gömrük məmurları Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri saxlayıblar

Ötən il ərzində Rusiyanın hakimiyyət nümayəndələri Yehovanın Şahidlərinin dərc etdiyi Müqəddəs Kitabın ölkəyə idxalını dayandırdı. Bununla da ölkədə din azadlığı daha da məhdudlaşdı. Vıborq Gömrük Postu Müqəddəs Kitabın «ekstremist» hesab oluna biləcəyini bildirdi. Bunu eşidən Yehovanın Şahidləri təəccübləndilər. Bu, nəinki Yehovanın Şahidlərinə, həmçinin bu kitabı müqəddəs hesab edən və ibadətlərində sıx-sıx istifadə edən Rusiya vətəndaşlarına da ciddi təsir edir.

Müqəddəs Kitaba qarşı dəhşətli ittihamlar

2015-ci il iyulun 13-ü Rusiyanın Vıborq sərhədindəki gömrük məmurları rus dilində 2013 ədəd Müqəddəs Kitab («Yeni Dünya Tərcüməsi») * saxlamışlar. Hakimiyyət nümayəndələri üç ədəd Müqəddəs Kitabı ekspertizaya göndərdilər ki, kitabda «ekstremist» dildə yazı olub-olmadığını müəyyən etsinlər. Gömrük məmurları Rusiyadakı Şahidləri ədəbiyyatlarla təmin etdiyi üçün avqust ayında Yehovanın Şahidlərinin Finlandiyadakı filialına qarşı inzibati məhkəmə işi açdılar.

Bu hadisədən bir qədər əvvəl 2015-ci il mayın 5-i gömrük məmurları Yehovanın Şahidləri tərəfindən osetin dilində dərc olunan Müqəddəs Kitab da daxil olmaqla, dini nəşrlərin ölkəyə idxalını qadağan etmişdi. Bu osetindilli məsihilərə güclü təsir etmişdi, çünki «Yeni Dünya Tərcüməsi» onların dilində çıxan yeganə Müqəddəs Kitabdır.

Rusiya hakimiyyət nümayəndələri Rusiyanın Ekstremist Fəaliyyətə Qarşı Federal Qanununu haqsız olaraq Yehovanın Şahidlərinin nəşrlərinə tətbiq etdilər. Ancaq bu dəfə onlar ilk dəfə idi ki, Müqəddəs Kitab tərcüməsinin ekstremizmlə bağlı ola biləcəyini iddia edirdilər *. Əgər məhkəmə bu Müqəddəs Kitabları ekstremist nəşr hesab edərsə, onda onların Rusiya ərazisində yayılması qadağan olunacaq.

Digər nəşrlər qanunsuz olaraq saxlanılır

İdxalına icazə verilməyən bəzi ədəbiyyatlar

Müqəddəs Kitabın idxalına icazə verilməməsi ilə yanaşı, 2015-ci ilin mart ayından etibarən gömrük məmurları Yehovanın Şahidlərinin dini nəşrlərinin də idxalını qanunsuz olaraq dayandırıblar *. Məmurlar hər dəfə eyni qayda üzrə hərəkət edib nəşrləri saxlayırlar. Onlar əvvəlcə «ekspert tədqiqatı» üçün qanunsuz olaraq nəşrlərin bir neçə nümunəsini götürür, sonra isə prokurorluq bu nəşrləri ekstremist hesab etmək üçün məhkəmə işi açır. Hal-hazırda ağır məhkəmə prosesləri qaçılmazdır. Demək olar ki, hər idxal zamanı nəşrlərin qanuniliyini sübuta yetirmək üçün məhkəmələrdə qarşı tərəflə mübarizə aparmaq lazımdır.

Yehovanın Şahidləri bir dəfə saxlanılan ədəbiyyatlara görə gömrük məmurlarına məhkəmənin müsbət qərarlarını, ekspert tədqiqatlarını və hökumətin bu ədəbiyyatları ekstremist hesab etmədiyini göstərən digər sənədləri təqdim etdilər. Lakin gömrük məmurları bu dəlilləri yox sayaraq ədəbiyyatları buraxmadı.

Yehovanın Şahidlərinin çap edilmiş ədəbiyyatlarının idxalı ilə yanaşı, onların elektron nəşrlərinə də qadağa qoyuldu. 21 iyul 2015-ci il tarixində Rusiya Yehovanın Şahidlərinin rəsmi saytını qadağan edən yeganə ölkə oldu. Rusiyanın hər yerində İnternet xidmət provayderləri bu sayta girişi blok edir, bu saytı reklam edən şəxs isə inzibati və ya cinayət cəzasına məruz qalır.

Saytın qadağan edilməsi Yehovanın Şahidlərinin dini ədəbiyyatlarını elektron formatda əldə etmələrinə mane olur, bu qadağa xüsusilə də gözdən əlillərə və eşitmə qabiliyyəti olmayanlara güclü təsir edir. Müqəddəs Kitab üzrə maarifləndirmə işi Yehovanın Şahidlərinin ibadətlərinin ayrılmaz hissəsi olduğundan, bu ədəbiyyatları əldə edə bilməmək onlara ibadətlərini yerinə yetirməyə mane olur.

Yehovanın Şahidləri əsassız ittihamların qəbul edilməyəcəyinə ümid edir

Bir neçə il əvvəl Rusiya məhkəmələri müqəddəs hesab olunan başqa kitabların qadağan edilməsi ilə bağlı iddiaları rədd etmiş və verilən qərarları ləğv etmişdi. 2011-ci ildə Tomskda bir məhkəmə hinduların əhəmiyyətli nəşri hesab olunan «Bhaqavad-qita»nın bir buraxılışının qadağan edilməsi ilə bağlı tələbi rədd etmişdi. 2013-cü ildə isə apelyasiya məhkəməsi Quranın bir tərcüməsinin ekstremist olduğuna dair çıxarılan qərarı ləğv etmişdi.

Yehovanın Şahidləri ümid edirlər ki, Rusiya məhkəmələri gömrük məmurları tərəfindən ekstremist hesab olunan «Yeni Dünya Tərcüməsi» ilə bağlı əsassız iddiaları da rədd edəcək və onların dərc etdiyi Müqəddəs Kitabı və digər dini ədəbiyyatları geri qaytaracaq.

Saxlanılan ədəbiyyatlarla bağlı icmal

  1. 1 mart 2015-ci il

    Gömrük məmurları idxal edilən ədəbiyyatları saxladı və qanuna zidd şəkildə onlardan bir neçəsini müsadirə etdi.

  2. 4 may 2015-ci il

    Rəsmilər Rusiyaya göndərilən ədəbiyyatları saxladı. Sonra isə axtarış aparmış və bu nəşrlərdə ekstremist ifadələrin olub-olmadığını müəyyən etmək üçün onlardan bəzilərini, o cümlədən osetin dilindəki Müqəddəs Kitabları müsadirə etmişlər.

  3. 28 may 2015-ci il

    Məhkəmə Sankt-Peterburqdakı bir qurumu 2015-ci il martın 1-i müsadirə edilən ədəbiyyatları «ekspert tədqiqatı» aparmaq üçün təyin edir.

  4. İyun 2015-ci il

    Gömrük məmurları Vıborq sərhədində idxal edilən iki partiya ədəbiyyatı saxlayır.

  5. 13 iyul 2015-ci il

    Gömrük məmurları yalnız rus dilində Müqəddəs Kitabların bir partiyasını saxlayır.

  6. 13 avqust 2015-ci il

    Vıborq gömrük məmurları iyulun 13-ü saxlanılan 2013 nüsxə Müqəddəs Kitabı orada «ekstremist» ifadələrin olduğunu iddia edərək müsadirə edir. Həmçinin Yehovanın Şahidlərinin Finlandiyadakı filialını məhkəməyə verir.

  7. 1 sentyabr 2015-ci il

    Osetin dilində Müqəddəs Kitabın və digər nəşrlərin də olduğu mayın 4-ü saxlanılan partiya ilə bağlı dinləmədə hakim Yehovanın Şahidlərinin vəsatətlərini rədd edir və vəkillərinin sonuncu dəfə dəlillər gətirməsinə mane olur.

  8. 30 oktyabr 2015-ci il

    Vıborq Şəhər Məhkəməsi gömrük məmurlarının may 4-ü saxladıqları ədəbiyyatları qanunsuz olaraq axtarış etdiyinə qərar verir.

  9. 17 noyabr 2015-ci il

    Məhkəmə iyulun 13-ü saxlanılan Müqəddəs Kitablarla bağlı dinləmə keçirir və məhkəməni təxirə salır.

^ abz. 4 «Yeni Dünya Tərcüməsi» Müqəddəs Kitabın Yehovanın Şahidləri tərəfindən nəşr edilən və pulsuz olaraq 120-dən çox dildə paylanılan müasir tərcüməsidir.

^ abz. 6 1 yanvar 2016-cı il tarixinə qədər Yehovanın Şahidlərinin Rusiya məhkəmələri tərəfindən ekstremist elan edilən ədəbiyyatlarının sayı 82-ə çatdı. Yehovanın Şahidləri bu qərarlara etiraz etmək üçün həm yerli məhkəmələrə, həm də Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edir.

^ abz. 8 2015-ci ilin dekabr ayında Rusiyadakı Yehovanın Şahidlərinə göndərilən və Vıborqda gömrük məmurları tərəfindən saxlanılan ədəbiyyat partiyasının sayı yeddiyə çatdı.

Rusiya qanunlarına görə məhkəmə qərarı ilə və nümayəndələr qarşısında axtarış aparmaq və ya müsadirə etmək olar. Ancaq gömrük məmurları hər dəfə bu qanunu pozur.