Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

28 NOYABR 2014-CÜ İL
RUSİYA

Rostov vilayət məhkəməsində Yehovanın Şahidlərinin işi bəraət, yoxsa həbslə bitəcək?

Rostov vilayət məhkəməsində Yehovanın Şahidlərinin işi bəraət, yoxsa həbslə bitəcək?

2014-cü il 11 dekabrda Rostov vilayət məhkəməsi Taqanroq şəhərindəki 16 Yehovanın Şahidinə qarşı qaldırılan cinayət işi ilə bağlı şikayətə baxacaq. Şahidlər dinc dini yığıncaqlar təşkil etməkdə və onlarda iştirak etməkdə ittiham olunur.

Sözügedən dindarların təqibi 2011-ci ildə başlamışdır. Hakimiyyət orqanları onların evlərində təcavüzkarcasına axtarış aparmış və gizlicə dini iclaslarını lentə almışdır. Nəticədə onlara qarşı cinayət işi qaldırılmışdır. 2014-cü il 30 iyunda on beş ay sürən məhkəmə baxışı bitmiş, Taqanroq şəhər məhkəməsi yeddi Yehovanın Şahidini təqsirli bilərək yüksək pul cəriməsinə, onlardan dördünü üstəlik uzun müddətli həbs cəzasına məhkum etmişdir. Lakin dərhal sonra pul cəriməsini ləğv etmiş və həbs cəzasını şərti cəza ilə əvəz etmişdir. Digər doqquz nəfər formal əsaslara görə təqsirsiz bilinsə də, onların ekstremist fəaliyyətdə iştirakı məhkəmə tərəfindən təsdiqlənmişdir. Bütün 16 nəfər üzərlərindən cinayət ittihamların götürülməsi üçün apelyasiya şikayəti vermişlər.

Prokuror həmçinin apelyasiya şikayəti vermişdir. O, Rostov vilayət məhkəməsindən tələb edir ki, din xadimi olan 4 nəfər məhkəmə iclasından dərhal sonra həbsə alınaraq azadlıqdan məhrum edilsin. Bundan əlavə, prokuror tələb edir ki, məhkəmə digər 9 nəfərin bəraət qərarını ləğv edib onları «ekstremizmdə» təqsirli bilinməsi barədə hökm versin.

Yehovanın Şahidlərinin Rusiya İdarə Mərkəzinin nümayəndəsi Vasiliy Kalin qeyd edib: «Ümidvaram ki, Rostov vilayət məhkəməsi bu 16 dini təqib qurbanının haqlarının tapdalanmasını görüb onlara tam bəraət verəcək».