Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

11 FEVRAL 2013-CÜ İL
RUSİYA

«1937-ci ildə yaşamırıq»

«1937-ci ildə yaşamırıq»

19 aprel 2012-ci ildə Rusiyanın Perm şəhərində Aleksandr Solovyov adlı Yehovanın Şahidi kirayə tutduğu yerdə «qanunsuz dini ibadət» keçirdiyi üçün 1000 rubl cərimə edildi.

Rayon məhkəməsi Solovyovun əleyhinə deyilən dəlillərə qulaq asdıqdan sonra aşağı instansiya məhkəməsinin qərarını və cəriməni ləğv etdi.

Hakim qərarı oxudu və Şahidləri müdafiə edərək dedi: «Qanunvericiliyə və bəzi insanlarda qabaqcadan yaranan fikirlərə zidd olsa da, biz 1937-ci ildə yaşamırıq. O dövrdəki kimi biz aydın həqiqətlərə göz yuma bilmərik. Arzum budur ki, sizin təlim proqramı sayəsində cəmiyyətimiz daha da əxlaqlı və ismətli olsun».

1937-ci ilin iyul ayında Sovet diktatoru Stalinin 00447 nömrəli qərarının çıxması ilə ölkədə misli görülməmiş dərəcədə zülm və qəddarlıq başladı. Bu dövrlərdə dövlətə qarşı zidd fikirdə olanları heç bir səbəb olmadan həbs edib məhkəməyə çıxardırdılar. Rəsmi mənbələrə görə on minlərlə insan əmək düşərgələrinə göndərilmişdi və 300 000-dən çox insan isə ölümə məhkum edilərək edam olunmuşdu.