Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

15 SENTYABR 2015-Cİ İL
RUSİYA

Taqanroqda 16 Yehovanın Şahidinin məhkəmə işinə yenidən baxılması uzadılır

Taqanroqda 16 Yehovanın Şahidinin məhkəmə işinə yenidən baxılması uzadılır

Taqanroqdakı (Rusiya) 16 Yehovanın Şahidinin məhkəmə işi doqquz aydır ki uzadılır. Bu ilin yayında 20-dən çox məhkəmə işinə baxılıb, hələ oktyabr ayında da davam edəcək. Əgər Şahidlər təqsirkar bilinərsə, onların həbs olunacağı, eləcə də dini görüşlərdə iştirak etdiklərinə, Müqəddəs Kitabı oxuduqlarına və iman bacı-qardaşları ilə ünsiyyət etdiklərinə görə onlara cərimə kəsiləcəyi gözlənilir.

Məhkəmə işinin uzadılması müttəhimlər üçün təsirsiz ötüşmür

Məhkəmə işinə yenidən baxılması prosesi başlayandan bəri, müttəhimlər ilin əvvəlindən bu yana, haradasa 50 gün məhkəmədə olublar. Bu məhkəmə işi başlanan vaxtdan, artıq iki ildən çoxdur ki, müttəhimlər məhkəmələrdədirlər. Bu məhkəmə işi Yehovanın Şahidlərinin Rusiyadakı ən uzunmüddətli məhkəmə işidir.

Dinləmələrə ayrılan vaxt müttəhimlər üçün zərərsiz ötüşmədi. Onlardan biri Kirill Kravçenko izah edir: «Nə işləyə bilirik, nə ailəmizə, nə də istirahətə kifayət qədər vaxt ayıra bilirik». Bəzi müttəhimlər vaxtlarının çox hissəsini məhkəmələrdə keçirdiklərindən və ya Yehovanın Şahidi olduqları üçün onlara böhtan atıldığından ya işdən çıxarılıblar, ya da çıxmaq məcburiyyətində qalıblar. Son iki il ərzində məhkəmə qanuni icazə olmadan onların Taqanroqdan kənara çıxmalarına qadağa qoyub.

Məhkəmənin davam etməsi müttəhimlərə emosional cəhətdən də güclü təsir etmişdi. Tatyana Kravçenko bölüşür: «Bu, mənim səhhətimə pis təsir edir. Yata bilmirəm, gecənin bir vaxtı ayılıram. Narahat oluram, həmişə məhkəmə barədə düşünürəm, heç beynimdən çıxmır». Müttəhimlərdən biri Nikolay Trotsyuk isə məhkəmənin stressindən dəfələrlə xəstəxanaya yerləşdirilib.

Taqanroqda məhkəmə işinə yenidən baxılmasına səbəb olan hadisələr

2011-ci ildə polis Taqanroqdakı Yehovanın Şahidləri barədə gizli təhqiqat aparmağa başladı. 2012-ci ildə on altı Yehovanın Şahidi təqsirkar bilindi və ilk məhkəmə 2013-cü ilin may ayında başladı. 15 ay çəkən məhkəmədən sonra Taqanroq Şəhər Məhkəməsi onlardan yeddisini ekstremist fəaliyyətlə məşğul olmaqda təqsirli bilərək həbs cəzası kəsmişdi. Hakim bu yeddi Şahidin hər birinə küllü miqdarda cərimə kəsmiş və onlardan dördünə uzunmüddətli azadlıqdan məhrum etmə cəzası vermişdi. Lakin dərhal sonra pul cəriməsini ləğv etmiş və həbs cəzasını şərti cəza ilə əvəz etmişdi. Məhkəmə digər doqquz nəfəri rəsmi əsaslara görə təqsirsiz bilsə də, onların ekstremist fəaliyyətdə iştirakını təsdiqlənmişdir.

16 Şahid üzərlərindən bütün ittihamların götürülməsi üçün Rostov Vilayət Məhkəməsinə müraciət etdilər. Həmçinin müstəntiq də şərti cəzanın həddən artıq yüngül olduğunu iddia edərək məhkəməyə müraciət etmişdir.

2014-cü il dekabrın 12-si Rostov Vilayət Məhkəməsi Taqanroq Şəhər Məhkəməsinin qərarına baxaraq bu qərarı ləğv edir. Şahidlərə bəraət vermək əvəzinə, Rostov Vilayət Məhkəməsi müstəntiqin tələbini haqlı hesab edərək məhkəmə işinə yenidən başqa bir hakim tərəfindən baxılması üçün Taqanroq Şəhər Məhkəməsinə göndərir. 2015-ci il yanvarın 22-dən başlayaraq məhkəmə işinə yenidən baxıldı və Şahidlər 2015-ci il iyun ayında qərarın verilməsini gözləyirdilər. Lakin hakim dinləməni oktyabr ayına keçirdiyi üçün, aydındır ki, hökm 2015-ci ilin sonlarına yaxın veriləcək.

Ekstremizm barədə qanun sülh içində keçirilən ibadət görüşünü məhdudlaşdırmalıdırmı?

Rusiyanın Ekstremist Fəaliyyətə Qarşı Federal Qanunu əslində terrorizmlə mübarizə üçün nəzərdə tutulub, lakin bəzi hökumət nümayəndələri yanlış olaraq bunu qanuni və sülh şəraitində keçən ibadət görüşlərini məhdudlaşdırmaq üçün istifadə edirlər. Öz əməllərinə bəraət qazandırmaq üçün hökumət nümayəndələri ekstremizm qanununu əldə rəhbər tutaraq ölkənin hər yerində Yehovanın Şahidlərinin ibadət görüşlərini dağıdır, evlərində axtarışlar aparır, ədəbiyyatlarını qadağan və müsadirə edir. Hökumət nümayəndələri bu qanundan yanlış şəkildə istifadə edərək Taqanroqda Yehovanın Şahidlərinin yerli hüquqi şəxsini ləğv etmiş və ibadət evlərini müsadirə etmişlər. Bu yaxınlarda Samara və Abinskdə də hökumət nümayəndələri eyni qayda ilə Yehovanın Şahidlərinin yerli hüquqi şəxsini ləğv etmiş və əmlakına əl qoymuşdu.

Rusiya hökumət nümayəndələri tərəfindən bu cür ağır təzyiqə məruz qalan Yehovanın Şahidləri ədalətin bərqərar olunması üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 28 şikayət ərizəsi ilə müraciət etmişlər. Onlardan 22-si eyni insan hüquqları pozulmasına aid olduğu üçün AİHM onların hamısına birlikdə baxır. Yehovanın Şahidlərinin hüquqlarını müdafiə edən vəkilin sözlərinə görə, AİHM bu işlərlə bağlı qərarı 2015-ci ilin sonlarına yaxın çıxara bilər.

Dini dözümsüzlüyün artma təhlükəsi

Hal-hazırda Rusiya din azadlığı məsələsində yol ayrıcındadır. Rusiyadakı Yehovanın Şahidləri hesab edirlər ki, əgər Taqanroq məhkəməsi müttəhimlərin günahkar olduğunu təsdiqləyərsə, onda Samara və Abinskdəki iman bacı-qardaşlarını da eyni aqibət gözləyir. Onlar ümid edirlər ki, Rusiya hökuməti təqiblərə son qoyub bütün bu müttəhimlərin dini azadlığını bərqərar edəcək.

İcmal

  1. 9 iyun 2008-ci il

    Rostov Vilayət Prokurorluğu Taqanroqdakı Yehovanın Şahidlərinin ekstremist fəaliyyətlə məşğul olduğunu iddia edərək məhkəməyə şikayət ərizəsi ilə müraciət edir.

  2. 11 sentyabr 2009-cu il

    Rostov Vilayət Məhkəməsi Yehovanın Şahidlərinin 34 dini ədəbiyyatının ekstremist olduğunu bildirir və Yehovanın Şahidlərinin Taqanroqdakı Yerli Dini İcmasına (YDİ) qadağa qoyur.

  3. 8 dekabr 2009-cu il

    Rusiya Federasiyasının Ali Məhkəməsi Rostov Vilayət Məhkəməsinin 2009-cu ilin sentyabrında çıxardığı qərarı təsdiqləyir.

  4. 1 mart 2010-cu il

    Ədliyyə Nazirliyi Rostov Vilayət Məhkəməsinin ekstremist hesab etdiyi 34 nəşri Ekstremist Materialların Federal Siyahısına daxil edir. Taqanroqda hökumət nümayəndələri Yehovanın Şahidlərinin ibadət evlərini müsadirə edir.

  5. 1 iyun 2010-cu il

    Taqanroqda Yehovanın Şahidləri Avropa İnsan Hüquqları Məhkəməsinə «YDİ “Taqanroq” və başqaları Rusiyaya qarşı» adlı şikayətlə müraciət edir.

  6. 30 aprel 2011-ci il

    Hüquq Mühafizə Orqanı Taqanroqda Yehovanın Şahidlərinin dini görüşlərində gizli çəkiliş aparır.

  7. 6 iyul 2011-ci il

    Hökumət nümayəndələri Taqanroqdakı YDİ-nı Ekstremist Təşkilatların Federal Siyahısına daxil edir.

  8. Avqust 2011-ci il

    Yerli hökumət nümayəndələri Taqanroqdakı Yehovanın Şahidlərinə qarşı cinayət işi açır və 19 evdə reydlər keçirir.

  9. 31 may 2012-ci il

    Təhqiqatçılar dini fəaliyyətlərinə görə Taqanroqdakı Yehovanın Şahidlərini ilk dəfə təqsirkar bilir.

  10. May 2013-cü il

    Taqanroq Şəhər Məhkəməsində ekstremizm fəaliyyətində günahlandırılan 16 Şahidə məhkəmə işi açılır.

  11. 29, 30 iyul 2014-cü il

    Taqanroq Şəhər Məhkəməsi Şahidlərdən yeddisini ekstremist fəaliyyətdə təqsirkar bilir. Sonradan 16 müttəhim, o cümlədən müstəntiq bu qərarla razılaşmayıb apelyasiya şikayəti verir.

  12. 12 dekabr 2014-cü il

    Şikayətə baxan Rostov Vilayət Məhkəməsi məsələyə başqa hakim tərəfindən baxılması üçün məhkəmə işini geri göndərir.

  13. 22 yanvar 2015-ci il

    Taqanroq Şəhər Məhkəməsi 16 Şahidin məhkəmə işinə yenidən baxmağa başlayır.

^ abz. 44 «Rusiya Federasiyasının Öhdəliklərə və Məsuliyyətlərə əməl etmək» adlı Qətnaməsi 1896 (2012), Avropa Şurası Parlament Assambleyası, (par. 25.31).

^ abz. 45 «Rusiya Federasiyasının Yeddinci Dövri Hesabatı ilə bağlı yekun rəylər», BMT İnsan Hüquqları Komitəsi, (par. 20).