Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

 NƏĞMƏ 97

Həyatımız Allahın Kəlamından asılıdır

Audio-yazını seçin
Həyatımız Allahın Kəlamından asılıdır
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

(Mətta 4:4)

  1. 1. Bəxş edib Kəlamın Allah,

    Ruhçün odur qida.

    Hər gün gəl oxuyaq pəsdən,

    Var bunda çox fayda.

    Biz uyğun yaşasaq ona,

    Rəbb edər hidayət.

    NƏQARƏT

    Tək çörək yaşatmaz bizi,

    Yox onda o qüdrət.

    Hər bir kəlməsindən Rəbbin

    Asılıdır həyat.

  2. 2. Cəm olub Sözündə Rəbbin

    Çox gözəl örnəklər.

    Mərd, cəsur, vəfalı idi,

    O mömin insanlar.

    Bu Kəlam bizlərə verir

    Bol öyüd-nəsihət.

    NƏQARƏT

    Tək çörək yaşatmaz bizi,

    Yox onda o qüdrət.

    Hər bir kəlməsindən Rəbbin

    Asılıdır həyat.

  3.  3. Sülh tapar qəlbimiz bizim,

    Hər gün biz oxusaq.

    Ən çətin anlarda belə,

    Biz ona üz tutaq.

    Kök atar bəsirət bizdə

    Hey etsək qiraət.

    NƏQARƏT

    Tək çörək yaşatmaz bizi,

    Yox onda o qüdrət.

    Hər bir kəlməsindən Rəbbin

    Asılıdır həyat.

(Həmçinin baxın: Yuş. 1:8; Rom. 15:4.)