Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 90

Bir-birimizi ruhlandıraq

Audio-yazını seçin
Bir-birimizi ruhlandıraq
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

(İbranilərə 10:24, 25)

  1. 1. Təşviq edək dindaşları biz

    Rəbbə sevinclə xidmətə.

    Sevgi telin gücləndirərək

    Rəbbə birgə edək səcdə.

    Rəbbin pak yığıncağındayıq,

    Sevgi burda məskən salmış.

    Bizim üçün isti ocaqdır,

    Qəlblər burda pənah tapmış.

  2. 2. Lazım anda söylənilən söz

    Naçar qəlbə məlhəm olar.

    Böyük sərvət sahibləriyik,

    Tapmışıq biz sadiq dostlar.

    Birgə xidmət etmək nə xoşdur,

    Ümid sevinc verir bizə.

    Zəif düşə bilərik bəzən,

    Lazımıq bir-birimizə.

  3. 3. İman gözüylə biz görürük

    Yaxındır qurtuluş günü.

    Heç qalmayaq görüşlərdən biz,

    Tutaq Rəbbin haqq yolunu.

    Allah istər Onun xalqıyla

    Xidmət edək biz əbədi.

    Bunun üçün ruhlandıraq ki,

    Hər kəs sadiq qalsın indi.