Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 87

Gəl təravət tap!

Audio-yazını seçin
Gəl təravət tap!
GÖRÜNÜŞÜ
Mətn

(İbranilərə 10:24, 25)

  1. 1. Tanımır dünya Allahın yolunu,

    Danırlar Rəbbin varlığın.

    Gərəkdir həyat yolunda bələdçi,

    Onsuz yaşamaq çox çətin.

    Ümid yığıncaq zamanı canlanır,

    İman güclənir Allaha.

    Təşviq o eylər xeyirxah əmələ,

    Qalmaz ürəkdə şəkk-şübhə.

    Dönmərik Yehovanın buyruğundan,

    Pozmarıq Onun əmrini.

    Bizi haqq yola yığıncaq yönəldər,

    Qəlbdə təzələr sevgini.

  2. 2. Yehova bilir nə lazımdır bizə,

    Onun öyüdün dinləyək.

    Nə xoşdur xalqıyla birgə toplaşıb

    Kamil hikmətin öyrənmək.

    Örnəkdir Allah xoflu qardaşların

    Dərin, riyasız imanı.

    Belə mehriban qardaşlıq heç qoymaz

    Bilək biz təklik dadını.

    Gözlərik ümidlə gözəl dövranı,

    Olsun qəlblərdə qoy vəhdət.

    Rəbdən bir bəxşişdir bizə yığıncaq,

    Taparıq orda hidayət.