Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 76

Nə hiss edirsən sən?

Audio-yazını seçin
Nə hiss edirsən sən?
GÖRÜNÜŞÜ
Mətn

(İbranilərə 13:15)

  1. 1. Nə hiss edirsən sən

    təbliğdə olan zaman?

    Sevinirmi ürəyin,

    pərvaz edir qəlbin?

    Ək səylə toxumu,

    cücərdər Allah onu.

    O görür ürəkləri,

    seçir saf qəlbləri.

    NƏQARƏT

    Sevincimiz aşıb-daşır,

    Xidmət bizi xoşbəxt edir.

    Mədh qurbanı təqdim edək

    Rəbbi şad eyləyək.

  2. 2. Hay verəndə insan,

    edəndə qəlbdən iman,

    Bunları görən zaman

    nə hiss edirsən sən?

    Kimi üz döndərir,

    kimisi inkar edir.

    Bizsə fəxrlə Allahın

    bəyan edək ismin.

    NƏQARƏT

    Sevincimiz aşıb-daşır,

    Xidmət bizi xoşbəxt edir.

    Mədh qurbanı təqdim edək

    Rəbbi şad eyləyək.

  3.  3. Nə hiss edirsən sən

    Rəbb kömək edən zaman?

    Arxayındır ürəyin,

    atmaz səni Rəbbin?

    Şövqlə təbliğ edək,

    nəvazişlə öyrədək.

    Səsləyək, vaxt azalır,

    biçin işi bitir.

    NƏQARƏT

    Sevincimiz aşıb-daşır,

    Xidmət bizi xoşbəxt edir.

    Mədh qurbanı təqdim edək

    Rəbbi şad eyləyək.