Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 62

Yeni nəğmə

Audio-yazını seçin
Yeni nəğmə
GÖRÜNÜŞÜ
Mətn

(Zəbur 98)

  1. 1. Gəl Haqq-Taalaya oxu yeni həmd nəğməsin.

    Hər işi kamildir, danış, aləm bilsin.

    Rəbb çaldı zəfər Öz qüdrətli əli ilə.

    Haqdır O, adildir,

    Gəl hamıya söylə.

    NƏQARƏT

    Səslənsin

    Yeni həmd nəğməsi!

    Səslənsin

    Şərəfinə Rəbbin!

  2. 2. Gəl alqış eylə, gəl salamla Yehovanı.

    Sidq-qəlbdən şərqi de, uca tut adını.

    Gəl, qoşul xalqa, mədhlər oxu hüzurunda.

    Çəng, şeypur qavalla

    Çalsın bir ahəngdə.

    NƏQARƏT

    Səslənsin

    Yeni həmd nəğməsi!

    Səslənsin

    Şərəfinə Rəbbin!

  3. 3. Qoy bütün xilqət Xaliqinə alqış desin.

    Qoy dərin ümman da sevinclə gurlasın!

    Şad olsun ellər, coşub-daşsın bütün çaylar.

    Yer üzü şənliklə

    Rəbbə desin həmdlər.

    NƏQARƏT

    Səslənsin

    Yeni həmd nəğməsi!

    Səslənsin

    Şərəfinə Rəbbin!

(Həmçinin baxın: Zəb. 96:1; 149:1; Əşy. 42:10.)