Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 6

Göylər Allahın əzəmətini bəyan edir

Audio-yazını seçin
Göylər Allahın əzəmətini bəyan edir
GÖRÜNÜŞÜ
Mətn

(Zəbur 19)

  1. 1. Əngin səma qüdrətlə yaranmışdır,

    Ulu Yaradanın

    gücün əyan edir.

    Heyran edir misilsiz hikməti,

    Gecə də ulduzlu göylər

    Onu tərif edir.

  2. 2. Rəbbin Sözü kamildir, təsirlidir,

    Onun qanunları

    cana qüvvət verir.

    Hökmü adil, hikmətli, düz-doğru,

    Baldan şirin öyüdləri

    Qəlbi sevindirir.

  3. 3. Allah xofu təmizdir, əbədidir,

    Əmri saf qızıldan

    daha da dəyərli.

    Müdrik Sözü yönəldir bizləri.

    Yehovaya şərəf verək,

    Qalaq sədaqətli.

(Həmçinin baxın: Zəb. 111:9; 145:5; Vəhy 4:11.)