Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 36

Ürəyimizi qoruyaq

Audio-yazını seçin
Ürəyimizi qoruyaq
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

(Məsəllər 4:23)

  1. 1. Qəlbi gərək biz qoruyaq,

    Uzaq gəzək şərdən.

    Allah-Taala görür onu,

    Agahdır hər şeydən.

    Hərdən ürək xain kimi,

    Sapır haqq yolunu,

    Rəbb bu naçar qəlbə saçsın,

    Parlaq, xoş nurunu.

  2. 2. Yehovaya dua edib

    Ona yaxınlaşaq.

    Rəbbə həmdi-şükran edib

    Hər dərd-səri açaq.

    Allah öyüd verir bizə,

    Onu qəbul edək,

    Rəbdən rəğbət görərik biz,

    Sadiq olsa ürək.

  3. 3. Qoy ürəkdə məskun olsun,

    Təmiz, nəcib şeylər.

    Rəbbin müdrik Sözü bizə

    Kamal, ürfan verər.

    Dostu olan sadiq kəslər

    Rəbbin lütfün görər.

    Səcdə etsək Ona qəlbdən,

    Olarıq bəxtəvər.