Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 34

Kamillik yolunda yeriyək

Audio-yazını seçin
Kamillik yolunda yeriyək
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

(Zəbur 26)

  1. 1. Sən, ya Rəbbim, imanımı sına,

    Et imtahan məni, nəzər yetir mənə.

    Sən xəlbirdən keçir hisslərimi,

    Yehova, saf eylə gizli niyyətimi.

    NƏQARƏT

    Qəti qərar tutmuşam, ey Xudam,

    Kamil qalaram mən, dönmərəm haqq yoldan.

  2. 2. Şər iş görən şəxsə qoşulmuram,

    Sənə tənə edən kəsi heç sevmirəm.

    Məsum qana batmışdır əlləri,

    Pislərlə bir yerdə məhv etmə bəndəni.

    NƏQARƏT

    Qəti qərar tutmuşam, ey Xudam,

    Kamil qalaram mən, dönmərəm haqq yoldan.

  3. 3. Qoy seyr edim camalını, Rəbbim,

    Ömür boyu qalım məbədində Sənin.

    Gecə-gündüz Sənə edim səcdə,

    Şükran aşıb-daşsın, Yehova, qəlbimdə.

    NƏQARƏT

    Qəti qərar tutmuşam, ey Xudam,

    Kamil qalaram mən, dönmərəm haqq yoldan.

(Həmçinin baxın: Zəb. 25:2.)