Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 24

Yehovanın dağına gəlin

Audio-yazını seçin
Yehovanın dağına gəlin
GÖRÜNÜŞÜ
Mətn

(Əşiya 2:2—4)

  1. 1. Bax, sən, bax o dağa,

    Ən uca zirvədir o.

    Bu dağ Rəbbin dağıdır,

    Bu gün o ucalıb.

    Çaytək bax axışır,

    Ümmətlər gəlib deyir:

    «Gəlin xidmət edək biz

    Var olan Allaha».

    Budur, vaxt yetişdi,

    Kiçikdən qüdrətli xalq oldu.

    Rəbb verir bərəkət,

    Böyüyüb, güclənirik bizlər.

    Şövqlə, əzmlə bu xalq

    Tərəfin tutur Rəbbin.

    Fəxrlə və sədaqətlə

    Haqq yolda yeriyir.

  2.  2. «Vəz et xoş xəbəri», —

    Əmr etdi İsa Məsih.

    Qoy bu müjdə sürətlə

    Hər yanda yayılsın.

    Şahdır bu gün Məsih,

    Biz tabe olaq ona.

    Cəmi həlimlərə gəl

    Rəbb Sözün çatdıraq.

    Möhtəşəm bir sevinc —

    Bax böyük izdiham hey artır!

    Bil ki, var bizlərin

    Bu işdə əvəzsiz töhfəsi.

    Car çək hər kəs gəlsin

    Müqəddəs dağa sarı.

    Yalnız Allah layiqdir

    Əbədi səcdəyə.