GÖRÜNÜŞÜ
Mətn
Şəkil

(Vəhy 11:15)

  1. 1. Vəsf eyləyək Məsihi,

    Odur taxt-tac sahibi.

    Hökm edəcək göylərdən şah İsa.

    Hamı Rəbbi ucaltsın,

    Həmdi-şükran söyləsin.

    Taxtı-rəvan hazırdır,

    şah çıxıb taxta.

    NƏQARƏT

    Bu Padşahlıq nə edəcəkdir?

    Bəxş edəcək haqq-ədalət.

    Bu Padşahlıq nə edəcəkdir?

    Bəxş edəcək sonsuz həyat.

    Mədh edək Xudavəndi biz,

    Lütf edib O, məhəbbət.

  2. 2. Şah — ixtiyar sahibi,

    Məhv edəcək pisliyi.

    Yox olacaq Şeytanın dünyası.

    Bu müjdəni biz yayaq,

    Hər insana çatdıraq.

    Vaxt yetişib,

    qoy həlimlər seçim etsin.

    NƏQARƏT

    Bu Padşahlıq nə edəcəkdir?

    Bəxş edəcək haqq-ədalət.

    Bu Padşahlıq nə edəcəkdir?

    Bəxş edəcək sonsuz həyat.

    Mədh edək Xudavəndi biz,

    Lütf edib O, məhəbbət.

  3.  3. Şah Məsihə baş əyək,

    Odur padşah, car çəkək.

    O, Allahın adından hökm edər.

    Həmd söyləyib ucadan,

    Lütf diləyək Allahdan.

    Şah qüdrətilə

    çalacaq böyük zəfər.

    NƏQARƏT

    Bu Padşahlıq nə edəcəkdir?

    Bəxş edəcək haqq-ədalət.

    Bu Padşahlıq nə edəcəkdir?

    Bəxş edəcək sonsuz həyat.

    Mədh edək Xudavəndi biz,

    Lütf edib O, məhəbbət.