Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 17

«İstəyirəm»

Audio-yazını seçin
«İstəyirəm»
GÖRÜNÜŞÜ
Mətn

(Luka 5:13)

  1. 1. Bax Məsih sevgi bəslədi,

    Göydən o, bizimçün endi.

    O, xalqın içində yaydı xoş müjdə,

    Rəbbin niyyətin çatdırdı.

    Hər dərdə qılırdı çarə,

    Oldu təsəlli bəşərə.

    Xəstəni sağaldırdı sevgiylə,

    Deyirdi o: «İstəyirəm».

  2. 2. Biz onun iziylə gedək,

    Sevinclə müjdə paylayaq.

    Yanaşaq dostyana hər hay verənə,

    Qayğı, məhəbbət bəsləyək.

    Biz arxa duraq məzluma,

    Dula, fağıra, yetimə.

    Ah-naləylə imdad diləyirsə,

    İsatək de: «İstəyirəm».