Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

 NƏĞMƏ 151

Yehova çağıracaq

Audio-yazını seçin
Yehova çağıracaq
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

(Əyyub 14:13—15)

  1. 1. Sanki duman kimidir bu həyat,

    Tezcə keçib gedəndir.

    Yad edilir ah-zarla xatirat,

    Ölüm qəddar düşməndir.

    Bəs ölən insan bir də yaşayar?

    Rəbb gerçək ümid verir.

    NƏQARƏT

    Çağırar, cavab verərlər,

    Həyata dönər onlar.

    Həsrət çəkir Yehova,

    Öz vədin gerçək eylər.

    Sən qəti şübhə eləmə,

    Bel bağla Allahına.

    Sonsuz həyat verər O,

    Öz əziz bəndəsinə.

  2. 2. Rəbb unutmaz sadiq dostlarını,

    Onlar yaddaşındadır.

    O oyadar ölən insanları,

    Dərdə çarə Ondadır.

    Hər kəs qovuşar öz doğmasına,

    Bir daha həsrət olmaz.

    NƏQARƏT

    Çağırar, cavab verərlər,

    Həyata dönər onlar.

    Həsrət çəkir Yehova,

    Öz vədin gerçək eylər.

    Sən qəti şübhə eləmə,

    Bel bağla Allahına.

    Sonsuz həyat verər O,

    Öz əziz bəndəsinə.

(Həmçinin baxın: Yəh. 6:40; 11:11, 43; Yaq. 4:14.)