Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 138

Ağaran saçlar gözəllik tacıdır

Audio-yazını seçin
Ağaran saçlar gözəllik tacıdır
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

(Məsəllər 16:31)

  1. 1. Ey Xuda, sadiqdirlər

    Bu nuranilər.

    Çox illər xidmət etmiş,

    Yaşlaşmış onlar.

    Həm dərd-sər, ağrı görmüş,

    Həm itki vermiş.

    Əsil həyatı eylə,

    Onlara bəxşiş.

    NƏQARƏT

    Ey Ata, unutma,

    Gör zəhmətlərin.

    Tək pənah yerisən,

    Ya Rəbb, onların.

  2. 2. Sanki tacdır haqq yolda

    Dən düşmüş saçlar.

    Bu yaşlı qullar ilə

    Rəbb fəxr eyləyər.

    Gənc olmuşlar bir vaxtlar,

    Hər işdə pərgar.

    Padşahlıqçün can qoymuş

    Bu gözəl şəxslər.

    NƏQARƏT

    Ey Ata, unutma,

    Gör zəhmətlərin.

    Tək pənah yerisən,

    Ya Rəbb, onların.