Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 134

Övladlar Allahdan paydır

Audio-yazını seçin
Övladlar Allahdan paydır
GÖRÜNÜŞÜ
Mətn

(Zəbur 127:3—5)

  1. 1. Tanrının sevinc payıdır,

    Həyata bəzək qatan övladlar.

    Ata-ana miras alıbdır,

    Məsuliyyət daşır onlar.

    Həyat verəndir Rəbb Yehova,

    O bəxş etdi sizə övlad payın.

    Tərbiyədə Rəbb bələdçidir,

    Uşaq Onun elmini alsın.

    NƏQARƏT

    Övlad Rəbdən bir əmanətdir,

    Göz bəbəyin kimi qoru.

    Böyük miras ver balana sən,

    Rəbb yolunda böyüt onu.

  2. 2. Kəlamı Rəbbin əvvəlcə

    Qoy sənin ürəyinə həkk olsun.

    Övladına danış sən hər gün,

    Bu, olmalı ümdə borcun.

    Sən aşıla Sözü sevgiylə,

    Hər fürsətdə, imkan düşən anda.

    Elə böyüt ki, saf qalaraq,

    Möhkəm qalsın bu doğru yolda.

    NƏQARƏT

    Övlad Rəbdən bir əmanətdir,

    Göz bəbəyin kimi qoru.

    Böyük miras ver balana sən,

    Rəbb yolunda böyüt onu.