Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 130

Bir-birimizi bağışlayaq

Audio-yazını seçin
Bir-birimizi bağışlayaq
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

(Zəbur 86:5)

  1. 1. Haqq Allah sevgiylə

    Qurtuluş yolu açdı.

    Oğlunu fəda edərək

    Ölümü məğlub etdi.

    Barışdıq Səninlə, ya Rəbb,

    Biz fidyə sayəsində.

    Ürəkdən tövbə edərək

    Bol əfvi daddıq Səndən.

  2. 2. Rəhm etsək Rəhmantək

    Görəcəyik mərhəmət.

    Ürəkdən bağışlayaraq

    Göstərək sevgi, şəfqət.

    Davranaq gərək təmkinlə,

    Biz kinə yer verməyək.

    Gəl rəftar edək hörmətlə,

    Cəmi dindaşı sevək.

  3. 3. Rəhm bir fəzilətdir,

    Mərhəmət gəlsin içdən.

    Ürəyi biz hifz edərik

    Nifrətin zəhərindən.

    Məhəbbətdir Rəbb Yehova,

    Hey Ondan örnək alaq.

    Sidq-qəlbdən bağışlayaraq

    Allaha gəl bənzəyək.

(Həmçinin baxın: Mət. 6:12; Efes. 4:32; Kol. 3:13.)