Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 128

Axıra kimi dözək

Audio-yazını seçin
Axıra kimi dözək
GÖRÜNÜŞÜ
Mətn

(Mətta 24:13)

  1. 1. Bütün vədələri Rəbbin

    Ümid verir bizə.

    Sevib öyrəndiyin Kəlam

    Təsir edir ürəyə.

    Olsun qoy imanın möhkəm,

    Sarsılmaz qal əzmində.

    Tərk etmə bu kamil yolu,

    Haqdan dönmə nəbadə.

  2. 2. Qoy heç zaman soyumasın

    Qəlbdə ilk məhəbbət.

    Təqib olsa da, sən qatlaş,

    Bitər tezliklə zülmət.

    Sən əsla etmə şəkk-şübhə,

    Nə olsa da sınağın,

    Yehova himayə edər.

    Allahdır tək dayağın.

  3.  3. Sona kimi dözən kəsi

    Allah xilas edər.

    Həyat kitabında adın

    Lütfüylə həkk eyləyər.

    Sən daima dözüm göstər,

    Hər işdə ol qüsursuz.

    Rəbb göstərər sənə rəğbət,

    Olar sevincin sonsuz.