Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 113

Allahın sülh ənamı

Audio-yazını seçin
Allahın sülh ənamı
GÖRÜNÜŞÜ
Mətn

(Yəhya 14:27)

  1. 1. Həmd edək Yehovaya,

    Sülh Allahına.

    Məsihə alqış edək,

    Sülh əmirinə.

    Rəbb nizələri qırar,

    Savaşlar bitər.

    Cahanda birliklə sülh

    Bərqərar olar.

  2. 2. Biz kinin daşın atdıq,

    Son qoyduq qeyzə.

    Sülh alətinə döndü

    Ox-kaman, nizə.

    Allahdan gələn sülhü

    Daim qoruyaq.

    Ağamız İsa kimi

    Mülayim olaq.

  3. 3. Bu birlik sübut edir,

    Birdir Rəbbimiz.

    Xalqına nemət verir,

    Odur hamimiz.

    Padşahlıq tezlik ilə

    Sülh gətirəcək.

    Bu şad xəbəri gərək

    Biz bəyan edək.