Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 105

Allah məhəbbətdir

Audio-yazını seçin
Allah məhəbbətdir
GÖRÜNÜŞÜ
Mətn

(1 Yəhya 4:7, 8)

  1. 1. Rəbb Yehova məhəbbətdir,

    Haqq yola səslər bizi.

    Xeyirxah işlər görməklə,

    Gəl Onu salaq razı.

    Məsihin məhəbbətidir

    Bizlərə təkan verən.

    Allahı da, insanı da

    Biz sevək gərək qəlbdən.

  2. 2. Çeşməsi eşqin tükənmir,

    Sevgidən sevgi doğur.

    Rəbb hədsiz bir məhəbbətlə

    Quluna arxa durur.

    Məhəbbət təmizdir, safdır,

    O dözür hər möhnətə.

    Qardaşlıq məhəbbətilə

    Qovuşarıq vəhdətə.

  3. 3. Nifrəti, kini sən qoyma

    Qəlbinə olsun hakim.

    Var gücünlə Allahı sev,

    Ol təkcə Ona təslim.

    İnsanı qəlbdən sevməklə

    Qanunu icra edək.

    Sevgini izhar etməklə

    Allaha gəl bənzəyək.