Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanı şövqlə tərənnüm edin

 NƏĞMƏ 104

Müqəddəs ruh Allahdan ənamdır

Audio-yazını seçin
Müqəddəs ruh Allahdan ənamdır
GÖRÜNÜŞÜ
Mətn
Şəkil

(Luka 11:13)

  1. 1. Ya Rəbb Yehova, Sən rəhm edənsən,

    Lütf göstərib, əfv eylə bizi.

    Dərd-bəlaya dərman qıl, Yehova,

    Sən müqəddəs ruhla et təsəlli.

  2. 2. Pak camalın tam əks etdirmərik,

    Bəzən saparıq biz haqq yoldan.

    Lütfən tərk etmə, Sən bələdçi ol,

    Öz ruhunu əsirgəmə bizdən.

  3. 3. Biz çox zəif, aciz insanlarıq,

    Ya Rəbb, bizə güc verir ruhun.

    Daim pərvaz etməkçün qartaltək

    Pak ruhuna çox möhtacdır qulun.