Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 94:1—23

MÜNDƏRİCAT

  • Qisası yerdə qoymayan Allah

    • Nə vaxtacan pislər bayram edəcək? (3)

    • Yehovanın tərbiyə etdiyi insan bəxtiyardır (12)

    • Yehova xalqını atmaz (14)

    • Qanun adı ilə pislik törədənlər (20)

94  Ey Yehova, qisası yerdə qoymayan Allah,+Ey qisası yerdə qoymayan Allah, nurunu saç!   Ey dünyanın Hakimi,+ qalx, Məğrurların layiqli cəzasını ver.+   Ey Yehova, nə vaxtacan,Nə vaxtacan pislər bayram edəcək?+   Onlar boş-boş, lovğa-lovğa danışırlar.Bədəməl insanlar özləri ilə öyünürlər.   Ey Yehova, xalqını əzib-tapdalayır,+İrsinə zülm edirlər.   Dulları, qəribləri öldürürlər,Yetimləri qırırlar.   Deyirlər: «Yah bunu görmür,+Yaqubun Allahı bunlara fikir vermir».+   Başa düşün, ey nadanlar!Ey ağılsızlar, nə vaxt dərrakəniz olacaq?+   Qulağı yaradan eşitməzmi? Gözə quruluş verən görməzmi?+ 10  Xalqları tərbiyə edən tənbeh etməzmi?+ İnsanlara bilik verən Odur!+ 11  Yehova insanın düşüncələrini bilir,Bilir ki, onlar puçdur.+ 12  Ey Yah, tərbiyə etdiyin,+Qanununu öyrətdiyin insan nə bəxtiyardır!+ 13  Pislərə qəbir qazılanadək,Ağır günlərində ona dinclik verirsən.+ 14  Yehova xalqını atmaz,+İrsini+ tərk etməz. 15  Hökm yenə ədalətli olacaq,Ürəyidüz adamlar ona tabe olacaq. 16  Kim mənim üçün pislərlə döyüşəcək? Kim mənim üçün bədəməllərin qabağına çıxacaq? 17  Yehova kömək etməsəydi,Az qala yox olmuşdum.+ 18  «Ayağım büdrəyir», — deyəndə Məhəbbətin mənə dayaq oldu,+ ey Yehova. 19  Fikirlər məni çulğayandaMənə təsəlli verib ovutdun.+ 20  Qanun adı ilə pislik törədən+Haqsızlıq taxtı* Sənə müttəfiq olarmı? 21  Onlar salehə amansız hücum edir,+Günahsıza ölüm hökmü çıxarırlar.+ 22  Yehova mənə möhkəm sığınacaq olacaq,Allahım sığınacaq qayamdır.+ 23  Allah onların pisliyini öz başlarına gətirəcək,+ Şər əməlləri ilə özlərini məhv edəcək. Allahımız Yehova onları məhv edəcək.+

Haşiyələr

Yaxud hökmdarları, hakimləri.