Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 91:1—16

MÜNDƏRİCAT

  • Allaha pənah gətirən müdafiə olunur

    • Ovçunun tələsindən qurtuluş (3)

    • Allahın qanadları altında sığınacaq (4)

    • Min adam yıxılar, sənə xətər dəyməz (7)

    • Mələklər Allahın bəndələrini qoruyar (11)

91  Haqq-Taalanın pənahında yaşayanQüdrət Sahibinin kölgəsində yuva tapar.   Yehovaya deyərəm: «Pənahgahım, istehkamım,Allahım Sənsən, Sənə güvənirəm».   O, səni ovçunun tələsindən,Ölüm gətirən azardan qurtarar.   Pərlərini üstünə gərər,Qanadları altına sığınarsan, Sədaqəti sənə qalxan, istehkam olar.   Nə gecənin vahiməsindən qorxarsan,Nə gündüz atılan oxdan,   Nə zülmətdə dolaşan azar-bezardan,Nə günorta çalıb-çapan qırğından.   Yan-yörəndə min adam,Sağ tərəfində on min adam yerə sərilər,Sənə isə xətər dəyməz.   Bunu gözünlə görəcəksən,Pislərin aldığı cəzanın şahidi olacaqsan.   Axı: «Yehovadır mənim pənahım», — demişdin, Haqq-Taalanı özünə məskən* etmişdin. 10  Sənə bədbəxtlik üz verməz,Bəla çadırına yaxın gəlməz. 11  Addımlarını qorusunlar deyə,Mələklərinə əmr edəcək, 12  Ayağın daşa dəyməsin deyə,Səni əlləri üstündə aparacaqlar. 13  Gənc aslanı, kobranı tapdalayarsan,Şiri, nəhəng ilanı ayağınla əzərsən. 14  Allah deyir: «O ki Məni sevdi, onu qurtaracağam, Adımı tanıdığı üçün onu hifz edəcəyəm. 15  Məni çağıracaq, ona hay verəcəyəm, Dar günündə yanında olacağam, Onu qurtaracağam, şərəfə yüksəldəcəyəm. 16  Ona uzun ömür bəxş edəcəyəm,Qurtuluşumu ona göstərəcəyəm».

Haşiyələr

Digər variant: qala, sığınacaq.