Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 84:1—12

MÜNDƏRİCAT

  • Allahın məskəninin həsrətində

    • Quşlar belə qurbangahında məskən tapır (3)

    • Sənin həyətində keçən bir gün (10)

    • Allah günəşimdir, sipərimdir (11)

Dirijora. Gittit* üçün. Qarun oğullarının məzmuru.+ 84  Ey ordular Allahı Yehova,Əzəmətli məskənin necə də gözəldir!+   Bütün varlığımYehovanın həyətlərinin həsrətindədir,+Həsrətdən saralıb-solmuşam. Ürəyim, vücudum var olan Allaha sevinc sədaları ucaldır.   Ey ordular Allahı Yehova, ey Padşahım, Allahım,Sənin möhtəşəm qurbangahının yanındaQuşlar belə, məskən tapır,Qaranquşlar yuva qurur,Balalarını orada bəsləyir.   Nə xoşbəxtdir evində yaşayanlar!+ Hey Sənə alqış deyirlər.+ (Selah)   Səndən qüvvət alan insan,+Evinə gedən yollara könül bağlayan insan nə xoşbəxtdir!   Baka dərəsindən keçəndə,Oranı çeşməli bir məkana döndərir,İlk yağış da oranı bərəkətlə örtür*.   Onlar yeridikcə gücləri artar,+Hər biri Siona, Allahın hüzuruna gələr.   Ey ordular Allahı Yehova, nə olar, duamı eşit,Dinlə, ey Yaqubun Allahı. (Selah)   Məsh etdiyinin üzünə bax,+Bax, ey sipərimiz,+ ey Allahımız*. 10  Sənin həyətində keçən bir günü, özgə yerdə keçirdiyim min günə dəyişmərəm.+ Allahın evinin kandarında durmaqŞər adamın çadırında yaşamaqdan qat-qat yaxşıdır. 11  Yehova Allah günəşimdir,+ sipərimdir,+O lütf göstərər və şan-şöhrət bəxş edər. Kamillik yolunda yeriyənlərdənYehova yaxşılığını əsirgəməz.+ 12  Ey ordular Allahı Yehova,Nə xoşbəxtdir Sənə güvənən adam!+

Haşiyələr

Digər variant: ustad bərəkətə bürünür.
Digər variant: sipərimizə bax, ey Allah.