Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 69:1—36

MÜNDƏRİCAT

  • Davud qurtuluş haqda dua edir

    • «Evinin qeyrəti məni yandırıb-yaxır» (9)

    • «Tezliklə mənə cavab ver» (17)

    • «Mənə sirkə verdilər» (21)

Dirijora. «Zanbaqlar» üçün. Davudun məzmuru. 69  Qurtar məni, ey Allah, sular boğazıma çıxıb.   Dərin bataqlığa düşmüşəm, ayağımın altında bərk yer yoxdur. Dərin sulara düşmüşəm,Güclü axın aparır məni.   Fəryad etməkdən taqətim kəsilib,Boğazım quruyub. Allahımı gözləməkdən gözlərimin kökü saralıb.   Mənə nahaqdan nifrət edənlərBaşımın tükündən çoxdur, Nahaqdan düşmən kəsilənlər,Məni sükuta qərq etmək istəyənlər çoxalıb. Götürmədiyim şeyləri qaytarmalı oldum.   Ey Allahım, ağılsızlıq etdiyimi bilirsən,Günahlarım Səndən gizli deyil.   Ey Külli-İxtiyar, ey ordular Allahı Yehova,Qoy Sənə ümid bağlayanlar mənə görə utanmasın. Ey İsrailin Allahı,Qoy Səni axtaranlar mənə görə xar olmasın.   Sənin uğrunda təhqirlərə dözürəm,Üzümü rüsvayçılıq bürüyüb.   Qardaşlarıma yad,Anamın oğullarına özgə olmuşam.   Evinin qeyrəti məni yandırıb-yaxır,Sənə qarşı deyilən təhqirlərə mən tuş gəlirəm. 10  Oruc tutub təvazö etdim*,Məni təhqir etdilər. 11  Paltar əvəzinə çul geyinəndəDilə-dişə düşdüm. 12  Şəhər darvazasında oturanlar hey məndən danışırlar,Əyyaşlar mənə mahnı qoşurlar. 13  Qoy dualarım, ey Yehova,Sənə iltifat vaxtı çatsın. Böyük xeyirxahlığına görə, ey Allah,Mütləq nicatınla mənə hay ver. 14  Çıxar bataqlıqdan məni,Qoyma batım. Düşmən əlindən,Dərin sulardan qurtar məni. 15  Qoyma güclü axın məni aparsın,Qoyma ümman məni udsun,Quyunun ağzı üzərimə qapansın. 16  Ey Yehova, mənə hay ver, çünki məhəbbətin şirindir, Böyük mərhəmətinlə üzümə bax. 17  Bu qulundan üz döndərmə, Dardayam, nə olar, tezliklə mənə cavab ver. 18  Yetiş, canımı xilas et,Düşmənlərdən məni qurtar. 19  Gördüyüm təhqirlərdən, xəcalətdən, rüsvayçılıqdan agahsan, Mənə düşmən kəsilənlər gözünün qabağındadır. 20  Təhqirlər ürəyimi deşdi, yaram sağalmazdır, Halıma yanan axtardım, tapılmadı,Hey gözlədim, təsəlli verən olmadı. 21  Mənə yemək əvəzinə zəhər verdilər,Susayanda sirkə verdilər. 22  Qoy süfrələri onlara tor olsun,Firavanlıqları onlara tələ olsun. 23  Gözləri tor salsın, görə bilməsinlər.Qoy qıçlarını əsməcə tutsun. 24  Hirsini onların başına tök,Alovlu qəzəbin onları yaxalasın. 25  Obaları boş qalsın,Çadırlarında kimsə yaşamasın. 26  Sənin vurduğun adamı təqib edirlər,Yaraladığın kəsin ağrılarından danışıb həzz alırlar. 27  Onların təqsirinin üstünə təqsir gətir,Qoy Sənin salehliyindən onlara pay düşməsin. 28  Adları həyat kitabından silinsin,Salehlərlə birgə yazılmasın. 29  Sıxıntı içindəyəm, ağrı içindəyəm, Ey Allah, qoy qurtarıcı gücün məni hifz etsin. 30  Allahın adını nəğmələrdə tərənnüm edəcəyəm,Onu həmdlərlə ucaldacağam. 31  Bu, Yehovaya buğa qurbanlarından,Buynuzlu-dırnaqlı cöngələrdən daha xoşdur. 32  Həlimlər bunu görüb sevinəcək. Ey Allahı axtaranlar, qoy ürəyiniz dirçəlsin. 33  Çünki Yehova fağırları eşidir,Əsirlikdə olan xalqını unutmaz. 34  Qoy göy və yer,Dənizlər və içindəki məxluqlar Ona alqış etsin. 35  Allah Sionu xilas edəcək,Yəhuda şəhərlərini təzədən tikəcək,Onlar orada yaşayacaq, o torpağa sahib olacaqlar. 36  Qullarının övladları oranı miras alacaq,Adını sevənlər orada yaşayacaq.

Haşiyələr

Digər variant: ağlayıb oruc tutdum.