Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 56:1—13

MÜNDƏRİCAT

  • Təqib olunanda dua

    • «Allaha bel bağlamışam» (4)

    • «Göz yaşlarımı tuluğuna yığ» (8)

    • «İnsan mənə nə edə bilər?» (4, 11)

Dirijora. «Uzaqlardakı səssiz göyərçin» üçün. Davudun məzmuru. Mixtam*. Catda filiştlilərin* əlinə keçəndə. 56  Mənə lütf et, İlahi, fani insan üstümə gəlir, Gecə-gündüz mənimlə vuruşur, məni sıxışdırır.   Düşmənlər bütün günü üstümə cumur,Çoxları qürrələnib mənimlə savaşır.   Məni qorxu bürüyəndə Sənə güvənirəm.   Sözünü vəsf etdiyim Allaha,Allaha bel bağlamışam, qorxmuram, İnsan mənə nə edə bilər?   Gecə-gündüz mənə ziyan vururlar,Hey zərərimə fikirləşirlər.   Pusqu qurur, hücum çəkirlər,Hər addımımı izləyirlər ki,Canımı alsınlar.   Xudaya, şər əməllərinə görə onları rədd et, Qəzəbinlə xalqları yerə vur.   Sərgərdan gəzdiyim yolları qeydə alırsan. Göz yaşlarımı tuluğuna yığ. Axı onlar Sənin kitabında yazılıb.   Səni çağırdığım gün düşmənlərim geri çəkiləcək. Bir şeydən arxayınam — Allah tərəfimdədir. 10  Sözünü vəsf etdiyim Yehovaya,Sözünü vəsf etdiyim Allaha, 11  Allah-Taalaya bel bağlamışam, qorxmuram, İnsan mənə nə edə bilər? 12  Ey Allahım, Sənə dediyim nəzirlər boynumdadır,Sənə şükran qurbanları gətirəcəyəm. 13  Canımı ölümdən qurtardın ki,Ayağımı büdrəməkdən qorudun ki,Həyat nurunda Sənin önündə addımlayım.

Haşiyələr

Bəzi mənbələrə əsasən, filistimlilər.