Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 55:1—23

MÜNDƏRİCAT

  • Dostu xain çıxanda Davudun duası

    • Yaxın dostun rişxəndi (12—14)

    • «Sən qayğı yükünü Yehovaya ver» (22)

Dirijora. Simli alətlərin müşayiətilə. Maskil*. Davudun məzmuru. 55  Pərvərdigara, duamı eşit,+Lütf diləyirəm, diləyimi rədd etmə.+   Nə olar, məni dinlə, hay ver.+ Dərd-sərdən dincliyimi itirmişəm.+Ağlım başımdan çıxıb,   Düşmənin sözlərindən,Şər adamın zorundan. Üzərimə pislik yağdırırlar,Mənə qarşı acıqlıdırlar, ədavət bəsləyirlər.+   Köksümdə ürəyim ağrıdan sızıldayır,+Ölüm dəhşəti çöküb üstümə.+   Qorxudan canıma titrəmə düşüb,Vücudum tir-tir əsir.   Deyirəm: «Kaş göyərçintək qanadlarım olaydı! Uçub sakit yerdə məskən salardım.   Qaçıb uzaqlara gedərdim,+ Çöl-biyabanda yaşayardım.+ (Selah)   Sərt küləyin, qasırğanın əlindənTez daldaya girərdim».   Ey Yehova, onları çaşbaş qoy, niyyətlərini alt-üst et*,+Çünki şəhərdə zorakılıq, dava-dalaş gördüm. 10  Gecə-gündüz divarların üstündə dolaşırlar,Şəhərdəsə fitnə-fəsad var, pislik var.+ 11  Orada ədavət baş alıb gedir,Meydanından zülm-sitəm, fırıldaq əskilmir.+ 12  Məni düşmən ələ salsaydı,+Dözərdim. Üstümə yağı gəlsəydi,Ondan gizlənərdim. 13  Amma bu sənsən, mənim kimi bir insan,+Öz rəfiqim, yoldaşım.+ 14  Səninlə gözəl dostluğumuz var idi,Camaata qoşulub Allahın evinə qoşa gedərdik. 15  Qoy düşmənlərim məhv olsun,+ Diri-diri Məzara* düşsünlər,Çünki aralarında, ürəklərində pislik yaşayır. 16  Mən isə Allahımı çağıracağam,Yehova məni qurtaracaq.+ 17  Səhər, günorta, axşam dərd-sər əlindən ah-zar edirəm,+O, səsimi eşidir.+ 18  Düşmənlər alay-alay üstümə gəlir,Allah canıma dinclik verər, onların həmləsindən qurtarar.+ 19  Əzəldən bəri taxtında əyləşən Allah+Məni eşidər, onlara qarşı çıxar.+ (Selah) O kəslər ki Allah qorxusu bilmirlər,+Onlar pis yollarından dönməzlər. 20  Rəfiqim dostlarına əl qaldırdı,+İlqarını pozdu.+ 21  Onun dili yağdan da yumşaqdır,+Ürəyi isə dava axtarır. Sözləri zeytun yağından da zərifdir,Lakin siyrilmiş qılınca bənzər.+ 22  Sən qayğı yükünü Yehovaya ver,+O, sənə dayaq olar,+ O, heç vaxt saleh insanı yıxılmağa qoymaz.+ 23  Ey Allahım, Sən onları ən dərin qəbrə salarsan,+ Bu əliqanlı, məkrli adamların ömrü yarıya da çatmayacaq.+ Mən isə Sənə güvənəcəyəm.

Haşiyələr

Hərfən: dillərini ayır.
İbr. şeol. Lüğətə bax.