Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 53:1—6

MÜNDƏRİCAT

  • Ağılsızların təsviri

    • «Yehova yoxdur» (1)

    • «Bir nəfər də düz əməl sahibi yoxdur» (3)

Dirijora. Mahalat* üslubunda. Maskil*. Davudun məzmuru. 53  Ağılsızlar ürəyində: «Yehova yoxdur», — deyir.+ Onlar haqsızlıq edir, əyri, mənfur işlərə qurşanıblar,Bir nəfər də düz əməl sahibi yoxdur.+   Amma Allah göylərdən bəşər oğullarını seyr edir,+Baxır ki, görsün dərk edən, Yehovanı axtaran varmı.+   Hamı yolunu azmış,Hamı pozğunlaşıb, Bir nəfər də düz əməl sahibi yoxdur,Bir nəfər belə.+   Bədəməllər heç nə başa düşmürmü? Xalqımı çörək yerinə yeyirlər, Yehovanı çağırmırlar.+   Bax, onların canına vahimə düşəcək,Elə bir vahimə ki, beləsini görməyiblər*.Sənin üstünə qoşun çəkənlərin Allah sümüklərini sındırıb tullayacaq, Onları xar edəcəksən, çünki Yehova onlardan üz döndərib.   Kaş Siondan İsrailin qurtuluşu gələydi!+ Yehova əsir xalqını qaytarandaQoy Yaqub sevinsin, İsrail şadlansın!

Haşiyələr

Digər variant: lakin qorxulası bir şey olmayan yerdə canlarına vahimə düşəcək.