Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 42:1—11

MÜNDƏRİCAT

  • Ulu Xilaskarın vəsfi

    • «Maral axar sulara həsrət qaldığı kimi» (1, 2)

    • «Niyə qırılmısan, ey könlüm?» (5, 11)

    • «Sən Allahı gözlə» (5, 11)

Dirijora. Qarun oğulları üçün Maskil*. 42  Maral axar sulara həsrət qaldığı kimi,Könlüm Sənin həsrətindədir, Pərvərdigara.   Qəlbim Allahın, var olan Allahın həsrətindədir. Nə vaxt gedib Allahın hüzurunda duracağam, bilmirəm.   Göz yaşlarım mənə qida olub gecə-gündüz,Camaatsa bütün günü: «Hanı sənin Allahın?» — deyir.   Ötən günləri xatırladıqca ürəyim sızıldayır.Vaxt var idi izdihamla bir addımlayırdım,Bayram edən camaatınSevinc, şükran səsləri ucalarkənOnların önündə Allahın evinə gedirdim.   Niyə qırılmısan, ey könlüm? Niyə köksümdə çırpınırsan? Sən Allahı gözlə,Çünki mən hələ Allahımı, ulu Xilaskarımı ucaldacağam.   Ey Allahım, köksümdə qəlbim qırılıb. Buna görə İordan torpağında, Hərmun zirvələrində,Mizar dağındaYada salıram Səni.   Şəlalələrinin səsini eşidibÜmman ümmanı səsləyir. Dalğalanan suların aşıb üstümdən keçir.   Gündüzlər Yehova məhəbbətini göstərər,Nəğməsi dilimdən düşməz gecələr, həyatımın Allahına o dualar.   Allahıma, yalçın qayama deyərəm: «Niyə məni unutmusan? Niyə düşmənlərimin zülmünə görə qəmli gəzim?» 10  Düşmənlərim nifrətlə* istehza edir,Bütün günü: «Hanı sənin Allahın?» — deyə rişxənd edirlər. 11  Niyə qırılmısan, ey könlüm? Niyə köksümdə çırpınırsan? Sən Allahı gözlə,Çünki mən hələ Allahımı, ulu Xilaskarımı ucaldacağam.

Haşiyələr

Digər variant: sümüklərimi qırantək.