Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 41:1—13

MÜNDƏRİCAT

  • Xəstə vaxtı Davudun duası

    • Allah xəstənin yastığını yüngül edər (3)

    • Yaxın dostun xəyanəti (9)

Dirijora. Davudun məzmuru. 41  Fağıra nəzər salan bəxtiyardır,Dar günündə Yehova onu qurtarar.   Yehova onu hifz edər, həyatını qoruyar, Bəxtəvər deyərlər cahanda ona!Onu əsla düşmənlərinin pəncəsinə verməzsən,   Yatağa düşəndə, Yehova, ona dayaq olarsan,Xəstələnəndə yastığını yüngül edərsən*.   Dedim: «Yehova, mənə rəhm et. Sənə qarşı günah etmişəm, canıma şəfa ver».   Düşmənlərim əleyhimə danışaraq deyirlər: «Bu, nə vaxt öləcək, adı nə vaxt itib-batacaq?»   Onlardan biri məni görməyə gələndə ürəyindən yalan keçər, Gözü nəsə axtarar,Sonra çıxıb aləmə car çəkər.   Mənə nifrət edənlər yığışıb pıç-pıç edir,Ayağımın altını qazırlar.   Deyirlər: «Elə bir dərdə düçar olub ki,Yatağa düşüb, bir daha qalxmaz».   Hətta güvəndiyim kəs, yaxın dostum,Çörək kəsdiyim adam mənə xəyanət etdi*. 10  Ey Yehova, mənə rəhm et, ayağa qaldır,Qoy onlardan əvəz çıxım. 11  Düşmənimin zəfər səsi yüksəlməzsə, Bilərəm ki, məndən razısan. 12  Kamil olduğum üçün mənə arxa olursan,Məni həmişəlik hüzurunda saxlarsan. 13  İsrailin Allahı YehovayaƏzəldən əbədiyyətədək alqış olsun! Amin! Amin!

Haşiyələr

Hərfən: yatağını büsbütün dəyişərsən.
Hərfən: mənə dabanını qaldırdı.