Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 38:1—22

MÜNDƏRİCAT

  • Tövbəkarın duası

    • «Kədər məni çulğayıb» (6)

    • Yehova Onu gözləyənləri eşidir (15)

    • «Günahım ucbatından özümə yer tapmırdım» (18)

Davudun məzmuru. Öyüd. 38  Ey Yehova, məni qəzəblə tənbeh etmə,Hiddətlə islah etmə məni.   Oxların içimə sancılıb,Əlin üzərimdə ağırdır.   Qəzəbindən bütün bədənim ağrıyır, Günahım ucbatından rahatlığımı itirmişəm.   Təqsirlərim başımdan aşır,Sanki, ağır yükdür, daşımaq olmur.   Ağılsızlığım ucbatındanYaralarım irinləyib, iy verir.   Kədər məni çulğayıb, qəddim tamam bükülüb,Bütün günü qəmli-qəmli gəzirəm.   İçim od tutub yanır,Bütün bədənim ağrıyır.   Taqətdən düşdüm, büsbütün əzilmişəm,Qəlbimin sızıltısından fəğan edirəm.   Ey Yehova, arzu-diləyim önündədir,Ah-zarım Səndən gizli deyil. 10  Ürəyim çırpınır, taqətim kəsilib,Gözümün nuru sönüb. 11  Dost-aşna azarımı görüb məndən gen gəzir,Tanış-biliş uzaqda durur. 12  Canımın qəsdinə duranlar mənə tələ qururlar,Məni yıxmaq istəyənlər əleyhimə danışırlar,Səhərdən axşamadək pıç-pıç edib hiylə qururlar. 13  Mən isə, elə bil, karam, eşitmirəm,Sanki, dilim laldır, ağzımı açmıram. 14  Qulaqları eşitməyən,Müdafiə üçün sözü olmayan adam kimi olmuşam. 15  Çünki Səni gözləyirdim, ey Yehova,Sən də hay verdin, ey Allahım Yehova. 16  Dedim: «Qoyma bədbəxtliyimə sevinsinlər,Ayağım sürüşəndə önümdə qürrələnsinlər». 17  Az qala yıxılacaqdım,İztirabım həmişə mənimlə idi. 18  Təqsirimi açıb danışdım,Günahım ucbatından özümə yer tapmırdım. 19  Düşmənlərim gümrahdır, güclüdür*,Nahaqdan mənə nifrət edənlər çoxalıb. 20  Yaxşılığımın əvəzini yamanlıqla qaytardılar,Yaxşılıq dalınca düşdüyümçün əleyhimə çıxdılar. 21  Yehova, məni tərk etmə, Uzaq durma məndən, ey Allahım. 22  İmdadıma tez yetiş,Ey mənim qurtuluşum, Yehova!

Haşiyələr

Digər variant: nahaqdan mənə düşmən kəsilənlər çoxdur.