Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 22:1—31

MÜNDƏRİCAT

  • Pərişanlıq; sonra alqış

    • «Allahım, niyə məni tərk etdin?» (1)

    • «Libasım üçün püşk atırlar» (18)

    • «Toplantı içində Səni mədh edəcəyəm» (22, 25)

    • Bütün dünya Allaha səcdə qılmalıdır (27)

Dirijora. Davudun məzmuru. «Sübh maralı»* üçün. 22  Allahım, Allahım, niyə məni tərk etdin? Niyə fəğanımdan uzaqdasan, eşitmirsən?Niyə dadıma yetişmirsən?   Ey Allahım, gecə-gündüz səni səsləyirəm,Sən isə mənə hay vermirsən.   Sən müqəddəssən,İsrailin mədhləri bürüyüb taxtını.   Atalarımız Sənə bel bağladılar,Güvəndilər, Sən də onları xilas etdin.   Səndən imdad dilədilər, qurtuldular,Sənə arxalandılar, peşman olmadılar.   Mən isə tənə, nifrət hədəfiyəm,Sanki, insan deyiləm, torpaq qurduyam.   Hər görən məni lağa qoyur,Dişlərini ağardır, başını bulayıb deyir:   «Özünü Yehovaya tapşırmışdı, qoy onu xilas etsin! Əgər Ona əzizdirsə, qoy onu qurtarsın!»   Məni anamın bətnindən çıxaran,Anamın qucağında mənə dinclik verən Sənsən. 10  Doğulduğum andan Sənin əllərindəyəm,Anamın bətnindən Allahım Sənsən. 11  Məndən uzaqlaşma, çünki bəla yaxındır,Səndən başqa yardımçım yoxdur. 12  Buğalar ətrafıma toplaşıb,Başanın güclü öküzləri məni dövrəyə alıb. 13  Nərə çəkən, ovunu parçalayan aslan kimi,Mənə diş qıcayırlar. 14  Su kimi yerə tökülmüşəm,Sümüklərim oynaqlardan çıxıb. Ürəyim mum kimi olub,Əriyib içimə tökülüb. 15  Gücüm saxsı parçası kimi quruyub,Dilim damağıma yapışıb,Məni torpağa gömürsən. 16  Köpək sürüsü kimi məni dövrəyə alıbDüşmənlərim üstümə gəlirlər.Şir kimi əl-ayağımı dişləyirlər. 17  Gözlərini zilləyib mənə baxırlar. Sümüklərimi bir-bir saya bilirəm. 18  Paltarımı aralarında bölüşdürürlər,Libasım üçün püşk atırlar. 19  Amma Sən, ey Yehova, məndən uzaq durma, Qüvvətim Sənsən, imdadıma tez yetiş. 20  Canımı qılıncdan,Şirin canımı köpəklərin pəncəsindən qurtar. 21  Məni aslan ağzından, vəhşi öküzlərin buynuzundan qurtar;Mənə hay ver, məni qurtar. 22  Sənin adını qardaşlarıma bildirəcəyəm,Toplantı içində Səni mədh edəcəyəm. 23  Siz, ey Yehovadan qorxanlar, Ona alqış edin! Ey Yaqub nəsli, Onu ucaldın! Ey İsrail nəsli, Ondan qorxun! 24  O, məzlumun dərdini rədd etmədi, sitəmindən iyrənmədi,Ondan üz döndərmədi, Fəryadını eşitdi. 25  Böyük məclis içində Səni mədh edəcəyəm,Səndən qorxanların qarşısında nəzirlərimi yerinə yetirəcəyəm. 26  Həlimlər yeyib doyacaq,Yehovanı axtaranlar Onu ucaldacaq. Qoy onların ürəyi əbədi döyünsün. 27  Dünyanın ucqarları Yehovanı yada salacaq, Ona tərəf dönəcək. Bütün xalqlar nəsilbənəsil Sənə səcdə qılacaq. 28  Çünki Yehovanındır taxt-tac,Xalqlara hökmranlıq edən Odur. 29  Dünyanın bütün bəxtəvərləri yeyib-içəcək və səcdə qılacaq,Torpağa gedənlərin hamısı Onun önündə diz çökəcək.Onlar ki canlarını belə, diri saxlaya bilmirlər. 30  Onların övladları Ona qulluq edəcək;Gələcək nəslə Yehova barədə nəql ediləcək. 31  Onlar gəlib Onun ədalətindən söz açacaqlar, Onun işlərini sonrakı nəsillərə bildirəcəklər.

Haşiyələr

Ola bilsin, melodiyanın və ya musiqi üslubunun adıdır.