Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 150:1—6

MÜNDƏRİCAT

  • Bütün məxluqat Yaha alqış etsin!

    • Yaha alqış edin! (1, 6)

150  Yaha alqış edin! Müqəddəs məkanında Allaha alqış edin! Qüdrətinin ənginliyində* Ona alqış edin!   Möhtəşəm işlərinə görə Ona alqış edin! Hədsiz əzəmətinə görə Ona alqış edin!   Şeypur səsi ilə Ona alqış edin! Telli alətdə, çəngdə Ona alqış edin!   Qaval çalın, halay vurub Ona alqış edin! Tellərin avazı ilə, neyin avazı ilə Ona alqış edin!   Cingildəyən sinclərlə Ona alqış edin! Gur səsli sinclərlə Ona alqış edin!   Bütün məxluqat Yaha alqış etsin! Yaha alqış edin!

Haşiyələr

Yaxud qüdrətinə şəhadət edən səmada.