Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 129:1—8

MÜNDƏRİCAT

  • Uğursuz həmlə

    • Siona nifrət edənlərin rüsvayçılığı (5)

Məzmur. Şəhərə qalxarkən*. 129  «Gəncliyimdən bəri mənimlə çəkişdilər, — Qoy İsrail desin, —   Gəncliyimdən bəri mənimlə çəkişdilər,Lakin üstün gələ bilmədilər.   Cütçülər kürəyimdə kotan sürdülər,Uzun-uzun şırımlar açdılar».   Amma Yehova haqdır,O, şər adamların sarıdığı ipləri qırdı.   Siona nifrət edənlərin hamısıRüsvay olub xəcalət içində geri dönər.   Onlar damlarda bitən,Qoparmazdan qabaq quruyan ot kimidirlər.   O ot ki biçinçinin ovucunu,Dərz toplayanın qucağını doldurmaz.   Yoldan keçənlər onlara: «Yehovanın xeyir-duası üzərinizdə olsun.Sizə Yehovanın adı ilə xeyir-dua veririk», — deməzlər.

Haşiyələr