Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 108:1—13

MÜNDƏRİCAT

  • Qələbə üçün dua

    • İnsandan xilas gözləmək əbəsdir (12)

    • Biz Allahdan güc alarıq (13)

Davudun məzmuru. 108  Ürəyim mətindir, ey Allah, Bütün varlığım şəninə nəğmə deyəcək.   Dillənin, ey telli alətlər, ey çənglər! Mən sübh şəfəqini oyadaram.   Səni ellər içində ucaldaram, ey Yehova,Xalqlar arasında şəninə nəğmə deyərəm.   Çünki məhəbbətin böyükdür, göylərə çatır,Vəfadarlığın asimana ucalır.   Xudaya, göylər üzərində ucal,Qoy calalın bütün cahanı bürüsün.   Sağ əlinlə bizə qurtuluş ver, mənə hay ver,Qoy istəkli bəndələrin nicat tapsın.   Müqəddəs Allah* dedi: «Sevinib-coşacağam, Sihamı istədiyim kəsə pay verəcəyəm,Suqqut dərəsini ölçüb böləcəyəm.   Gilad Mənimdir, Mənəssə Mənim,Əfraim başımın dəbilqəsidir*,Yəhuda əlimdə öndər əsasıdır.   Muab yuyunmaq üçün teştimdir, Səndəlimi Əduma tullayacağam, Filiştin üstünə zəfər harayı çəkəcəyəm». 10  Kim məni istehkamlı şəhərə aparar? Kim məni Əduma qədər aparar? 11  Səndən başqa kim bunu edər, ey Allah?Ey bizi tərk edən, daha ordularımızın üstündə döyüşə çıxmayan Allahımız. 12  Bizə kömək ol, sıxıntıdan qurtulaq,Əbəsdir insandan xilas gözləmək. 13  Biz Allahdan güc alarıq,O, düşmənlərimizi tapdalayar.

Haşiyələr

Digər variant: Allah Öz müqəddəs məkanında.
Hərfən: istehkamıdır.