Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

Zəbur 106:1—48

MÜNDƏRİCAT

  • Qədirbilməz İsrail

    • Allahın işlərini tez unutdular (13)

    • Allahın calalını dana surətinə dəyişdilər (19, 20)

    • Allahın vədinə iman gətirmədilər (24)

    • Baala sitayiş etməyə başladılar (28)

    • Uşaqlarını cinlərə qurban gətirdilər (37)

106  Yaha alqış edin! Yehovaya şükür edin, çünki kəramətlidir,Məhəbbəti əbədidir.   Kim Yehovanın möhtəşəm işlərindən danışa bilər?Kim Onun tərifəlayiq işlərini bəyan edə bilər?   Xoşbəxtdir o kəslər ki, haqq-ədalətə bağlıdır,Hər zaman dürüst davranır.   Ey Yehova, xalqına lütf göstərəndə məni də yada sal. Qeydimə qal, mənə nicat ver ki,   Seçilmişlərinə nəsib etdiyin kəramətdən mən də dadım,Xalqınla birgə sevinib-şadlanım,İrsinə qoşulub Səni fəxrlə tərif edim.   Ata-babalarımız kimi, biz də günah etdik,Nadürüstlük etdik, pis işlər gördük.   Ata-babalarımız Misirdə Sənin möhtəşəm işlərinin qədrini bilmədilər, Sənin bol məhəbbətini yaddan çıxartdılar,Sənə qarşı qalxdılar, dənizin, Qırmızı dənizin kənarında.   Lakin O, Öz adı naminə onları qurtardı ki,Qüdrətini əyan etsin.   O əmr etdi Qırmızı dəniz qurudu,Onları dənizin dibi ilə çöllükdə aparırmış kimi apardı. 10  Onları düşmən əlindən,Yağı pəncəsindən çəkib aldı. 11  Sular düşmənlərin üstünü örtdü,Biri də sağ qalmadı. 12  O zaman Onun vədinə inandılar,Ona nəğmə dedilər. 13  Amma çox çəkmədi ki, işlərini unutdular;Məsləhətini gözləmədilər. 14  Səhrada nəfsə uydular,Biyabanda Allahı sınadılar. 15  O da istədiklərini onlara verdiVə canlarına qırıb-tökən azar saldı. 16  Düşərgənin içində Musaya,Yehovanın müqəddəs bəndəsi Haruna paxıllıq etdilər, 17  Onda yer aralanıb Datanı uddu,Abiramın başına toplaşanları özünə qərq etdi. 18  Bu kütlənin arasına od düşdü,Alov şər adamları məhv etdi. 19  Huribdə dana düzəltdilər,Tökmə bütə səcdə etdilər. 20  Mənim calalımıOt yeyən dananın surətinə dəyişdilər. 21  Allahı, xilaskarlarını unutdular,Misirdə əzəmətli işlər görəni, 22  Ham ölkəsində möhtəşəm işlər görəni,Qırmızı dənizdə vəhmli işlər görəni unutdular. 23  O, az qalmışdı onların məhvinə əmr versin,Amma seçdiyi qulu Musa Ona yalvardı ki,Məhvedici qəzəbini yatırsın. 24  Füsunkar torpaqdan ikrah etdilər,Onun vədinə iman gətirmədilər. 25  Öz çadırlarında hey deyindilər,Yehovanın sözünü eşitmədilər. 26  O da əlini qaldırıb and içdi ki,Cəsədlərini səhrada yerə sərəcək, 27  Nəsillərini xalqlar arasında yıxacaq,Onları diyarbədiyar səpələyəcək. 28  Onlar Faur Baalına sitayiş etməyə,Ölülərə* gətirilən qurbanları yeməyə başladılar. 29  Əməlləri ilə Onu qəzəbləndirdilər,İçlərinə qırğın düşdü. 30  Fənhas qalxıb işə qarışandaQırğın kəsildi. 31  Bu, nəsillər boyu, əbədilikOnun üçün salehliyə yazıldı. 32  Sonra Məriba sularında Onu hirsləndirdilər,Onların ucbatından Musa zərər çəkdi. 33  Onu əsəbiləşdirdilər,O da düşünmədən danışdı. 34  Onlar Yehovanın əmrindən çıxdılar,Xalqları məhv etmədilər. 35  Başqa xalqlarla qaynayıb-qarışdılar,Onların adətlərini götürdülər. 36  Onların bütlərinə sitayiş etdilər,Bu, onlara tələ oldu. 37  Oğullarını, qızlarınıCinlərə qurban gətirdilər. 38  Məsumların qanını tökürdülər,Kənan bütlərinə qurban verərəkÖz oğul-qızlarının qanını axıdırdılar.Beləcə, ölkə qana bulanıb murdar oldu. 39  Əməlləri ilə özlərini murdarladılar,Xəyanət etdilər*. 40  Axırda Yehovanın qəzəbi xalqına qarşı kükrədi,Öz irsinə nifrət etdi. 41  Dəfələrlə onları xalqların öhdəsinə buraxdı ki,Onlara nifrət edənlər onlara ağa olsun. 42  Düşmənlər onlara zülm etdi,Onların əli altında qaldılar. 43  O, onları dəfələrlə qurtarırdı,Lakin onlar asi olub itaət göstərmirdilər,Öz təqsirləri ucbatından rəzil olurdular. 44  Amma O, acınacaqlı hallarını görürdü,Fəryadlarını eşidirdi. 45  Onların xatirinə əhdini yada salırdı,Bol məhəbbətinə görə rəhm göstərirdi. 46  Onları əsir edənlərin qəlbindəOnlara qarşı mərhəmət oyadırdı. 47  Ey Allahımız Yehova, bizi xilas et,Bizi xalqların arasından topla ki,Sənin müqəddəs adına həmd edək,İftixarla Səni ucaldaq. 48  İsrailin Allahı YehovayaƏzəldən əbədiyyətədək alqış olsun! Bütün bəşər «amin» desin. Yaha alqış edin!

Haşiyələr

Ola bilsin, ölü insanlar, yaxud cansız allahlar nəzərdə tutulur.
Hərfən: zina etdilər.