Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 104:1—35

MÜNDƏRİCAT

  • Xilqət möcüzələrinə görə Allaha alqış

    • Yer möhkəm təməllər üzərində qurulub (5)

    • Çörək və şərab insan üçün yaradılıb (15)

    • Gördüyün işlər necə də çoxdur! (24)

    • Nəfəslərini kəsirsən, ölürlər (29)

104  Yehovaya alqış et, ey varlığım!+ Ey Yehova, ey Allahım, Sən necə də böyüksən!+ Əzəmətə, calala bürünmüsən,+   Nuru libas kimi geyinmisən,+Göyləri çadır kimi gərmisən,+   Üst hücrələrini yuxarıdakı suların üzərində qoymusan,+Buludları Özünə araba etmisən.+Küləyin qanadları üstündə gəzən Sənsən.+   Mələklərini güclü külək* edirsən,Xidmətçilərini yandırıb-yaxan alov edirsən.+   Yeri möhkəm təməllər üzərində qurmusan,+Heç vaxt yerindən tərpənməz.+   Əngin suları libas kimi ona geyindirmisən.+ Sular dağları örtmüşdü.   Sular Sənin əmrinlə çəkildi,+Şimşəyinin səsindən qorxub qaçdı   Təyin etdiyin yerə.Dağlar qalxdı,+ dərələr çökdü.   Sulara sərhəd qoydun ki, onu aşmasınlar,+Bir də dünyanı örtməsinlər. 10  Dərələrdə su çıxarırsan,Dağların arasından axır. 11  Bütün çöl heyvanları bu sulardan içir,Orada vəhşi eşşəklər yanğısını söndürür, 12  Başında quşlar yuva qurur,Gur yarpaqlar arasından cəh-cəhləri eşidilir. 13  Sən dağları üst hücrələrindən suvarırsan,+ Əməyinin bəhrəsi ilə dünyanı doyurursan.+ 14  Mal-heyvan üçün yaşıl ot bitirirsən.İnsan üçün bitkilər bitirirsən ki,+İşləyib torpaqdan azuqə yığsın, 15  Ürəyini şənləndirən şərab,+Üzünə sığal verən zeytun yağı,Canını qüvvətləndirən çörək yetirirsən.+ 16  Yehovanın ağacları,Əkdiyi Livan sidrləri doyunca su içir, 17  Quşlar onlarda yuva qurur. Leyləyin evi+ ardıc ağacıdır, 18  Dağ keçisinin+ oylağıdır uca dağlar.Yalçın qayalar qayadovşanına sığınacaqdır.+ 19  Vaxtları bəlli etmək üçün ayı yaratdı,Günəş də qürub edəcəyi vaxtı bilir.+ 20  Meşədəki bütün heyvanlar gəzişdiyi vaxtdaQaranlığı endirirsən, gecə olur.+ 21  Gənc aslanlar şikar üçün nərə çəkir,+Yemlərini Allahdan istəyirlər.+ 22  Dan yeri söküləndəQeyb olurlar, yuvalarına çəkilib yatırlar. 23  İnsan iş başına gedir,Axşamadək çalışır. 24  Ey Yehova, gördüyün işlər necə də çoxdur!+ Hər birini hikmətlə görmüsən.+ Yer üzü xilqətinlə doludur: 25  Bax, dəniz — nə böyük, nə əngin!Orada saysız canlılar, xırda, iri məxluqlar qaynaşır.+ 26  Üzərində gəmilər üzür.Livyatanı*+ da yaratmısan orada oynamaq üçün. 27  Bunların hamısı Səni gözləyir ki,Ruzilərini vaxtlı-vaxtında verəsən.+ 28  Nə verirsən, onu yığırlar,+ Əlini açırsan, naz-nemətlə doyurlar.+ 29  Üzünü gizlədirsən, vurnuxurlar, Nəfəslərini kəsirsən*, ölüb torpağa qayıdırlar.+ 30  Ruhunu göndərirsən, yaranırlar;+Yerin üzərini təzələyirsən. 31  Yehovanın əzəməti əbədi var olacaq! Yehova işlərindən həzz alacaq.+ 32  O, yerə baxanda yer titrəyir,Dağlara toxunanda oradan tüstü qalxır.+ 33  Ömrüm boyu Yehovanın şəninə nəğmə deyərəm,+Nə qədər ki varam, Allahımı nəğmələrdə tərənnüm edərəm.+ 34  Qoy düşüncələrim Ona xoş olsun*. Mən Yehovada sevinc taparam. 35  Günahkarların kökü yer üzündən kəsiləcək,Şər adamlar bir daha olmayacaq.+ Ey varlığım, Yehovaya alqış et! Yaha alqış edin!

Haşiyələr

Hərfən: ruh.
Yaxud onların ruhunu götürürsən. Lüğətdə «ruh» sözünə bax.
Digər variant: qoy Onunla bağlı düşüncələrim xoş olsun.