Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Zəbur 10:1—18

MÜNDƏRİCAT

  • Yehova məzlumun müdafiəçisidir

    • Şər adam deyir: «Allah yoxdur» (4)

    • Fağır üzünü Allaha tutar (14)

    • Yehova əbədiyyən Padşahdır (16)

ל [Lamed] 10  Niyə uzaqda durmusan, ey Yehova? Niyə dar günümdə gizlənirsən?+   Şər adam qürurlanıb məzlumu təqib edir,+Amma qurduğu fitnələrin toruna özü düşəcək.+   Şər adam nəfsi ilə öyünər,+Acgözə alqış edər*;נ [Nun] O, Yehovaya sayğısızlıq edər.   Şər adam qürurundan Allahı axtarmaz,«Allah yoxdur», — deyər.+   Firavan yaşayar,+Sənin hökmlərini dərk etməz,+Onunla ədavət aparanların üstünə fınxırar.   Ürəyində deyər: «Əsla sarsılmaram,Nəsillər gəlib-gedər,Mənə heç nə olmaz».+ פ [Pe]   Ağzı lənət, yalan, hədə ilə doludur,+Dilinin altında bəla var, şər var.+   Kəndlərin qırağında pusqu qurar,Xəlvət yerdən çıxıb günahsızı öldürər.+ ע [Ayn] Gözü bədbəxtləri axtarar.+   Yuvada oturmuş aslan kimi pusar,+ Məzlumu qapmaq üçün güdər, Torunu dartıb onu tutar.+ 10  Qurbanları əzilər, tapdanar,Biçarələr onun pəncəsinə keçər. 11  Ürəyində deyər: «Allah unudub,+ Üzünü yana çevirib, Heç vaxt buna fikir verməz».+ ק [Kof] 12  Ey Yehova, qalx!+ Ey Allahım, ona qarşı qaldır əlini!+ Köməksizi unutma.+ 13  Niyə şər adam Sənə sayğısızlıq etsin? Ürəyində: «Allah haqq-hesab çəkməyəcək», — desin. ר [Reyş] 14  Lakin Sən dərdi, əzabı görürsən, Müdaxilə etmək üçün bunları izləyirsən.+ Fağır üzünü Sənə tutar,+Yetimin dayağı Sənsən.+ ש [Şin] 15  Pisin, şər adamın əl-qolunu qır ki,+AxtarandaDaha tapmayasan pisliyini. 16  Yehova əbədiyyən padşahdır!+ Xalqlar silinib yer üzündən.+ ת [Tav] 17  Sən həlimlərin diləyini eşidərsən, ey Yehova,+ Onları ürəkləndirərsən,+ səslərini diqqətlə dinləyərsən.+ 18  Yetimə, əzilənə haqq qazandırarsan ki,+Torpaqdan yaranmış fani insan bir daha onları qorxutmasın.+

Haşiyələr

Digər variant: acgöz özünə alqış oxuyar.