Qanunun təkrarı 32:1—52
32 «Qulaq verin, ey göylər, görün nə deyirəm;Ey yer üzü, eşit ağzımdan çıxan kəlmələri.
2 Nəsihətim yağmur olub yağacaq,Sözlərim şeh olub damacaq,Çəmənliyə çisələyən narın yağışlar kimi,Yaşıllığa tökülən leysanlar kimi.
3 Yehovanın adını bəyan edərəm.+
Allahımızın böyüklüyünü vəsf edin!+
4 Qayadır O, hər işi mükəmməl,+Bütün yolları haqq,+
Nahaq iş görməyən+ etibarlı+ Allah.Adildir, haqdır O.+
5 Onlar isə rəzillik etdilər;+
Yox, onlar Onun övladları deyil. Özləri qüsurludur.+
Yolunu azmış, pozğun nəsil!+
6 Budur sizin Yehovaya şükranınız,+Ey axmaq, səfeh qövm?+
Məgər sizi yoxdan var edən Atanız O deyil?+O deyilmi sizi xəlq edən, ayağa qaldıran?
7 Keçmiş çağları yada salın,Ötən nəsillərin yaşadığı illərə boylanın,
Atalarınızdan xəbər alın, sizə desinlər,+Ağsaqqallarınızdan sorun, danışsınlar.
8 Haqq-Taala xalqlara miras verəndə,+Adəm övladlarını* bir-birindən ayıranda,+Sərhədlərini elə cızdı ki,+İsrail oğulları saylarına görə pay alsın.+
9 Axı bu xalq Yehovanın payıdır,+Yaqub Onun irsidir.+
10 Onu çöl-biyabanda gördü,+Kimsəsiz, qurd-quş ulaşan səhrada tapdı.+
Onun başına dolandı, nazını çəkdi,+Göz bəbəyi kimi qorudu.+
11 Yuvasını silkələyən,Balalarının üstündə süzən,Qanadlarını gərib onları tutan,Pərlərinin üstündə aparan qartal kimi,+
12 Yehova onu apardı.+Tək apardı, Onunla özgə bir allah olmadı.+
13 Yer üzünün hündür zirvələrini ona ram etdi,+Onu zəmilərin neməti ilə bəslədi,+
Qayalardan süzülən bal,Daşlardan çəkilən yağ canına qüvvət verdi,
14 Naxırın yağı ilə, qoyun-keçi südü ilə,Piyli qoyunlarla,Başan qoçları ilə, təkələrlə,İri dənli buğdalarla onu bəslədi.+Üzümün qanından, şərabdan içdin.
15 Yeşurun* piy bağlayanda höcətlik edib şıllaq atdı.
Piy bağlamısan, şişib dərinə sığmırsan!+
O, Yaradanını, Allahı atdı,+Onu xilas edən Qayaya xor baxdı.
16 Onlar yabançı allahlarla Onu acıqlandırdılar.+İyrənc əməllərlə Onu təhqir etdilər.+
17 Allaha yox, cinlərə,Tanımadıqları allahlara,Təzəlikcə peyda olmuş,Ata-babalarınızın eşidib-bilmədiyi allahlara qurban gətirdilər.+
18 Sənə atalıq edən Qayanı unutdun,+Sənə həyat verən Allahı yada salmadın.+
19 Yehova bunu görüb onları rədd eylədi,+Axı oğul-qızları Onu təhqir elədi.
20 O dedi: “Onlardan üzümü döndərəcəyəm,+Onda görəcəyəm aqibətlərini.
Pozğun nəsil,+Vəfasız övladlar.+
21 Məni allah olmayan şeylərlə acıqlandırdılar.+Puç bütləri ilə məni təhqir etdilər.+
Mən də onları xalq adına layiq olmayanlarla pərt edəcəyəm,+Axmaq bir xalqla təhqir edəcəyəm.+
22 Qəzəbim od püskürür,+Bu odun atəşi Məzarın* dərinliklərinədək çatır,+Yeri, onun bütün bəhrəsini yandırıb-yaxacaq,Dağların özülü zəbanə çəkərək yanacaq.
23 Bəlalarının üstünə bəla göndərəcəyəm,Oxdanımı onların üstünə boşaldacağam.
24 Aclıq onlarda hal qoymayacaq,+Qızdırma içində qovrulacaqlar, tar-mar ediləcəklər.+
Onları yırtıcı heyvanların dişinə verəcəyəm,+Torpaqda sürünənlərin zəhərli dişinə tuş edəcəyəm.
25 Bayırda qılınc əhədlərini kəsəcək,+Evdə dəhşət tüğyan edəcək.+Gənc oğlanın da, cavan qızın da,Çağanın da, ahılın da payı bu olacaqdır.+
26 Mən çoxdan deyərdim: “Qalxıb onları pərən-pərən edəcəyəm,Adlarını yaddaşlardan siləcəyəm”.
27 Ancaq düşmənlərin rişxəndini göz önünə gətirdim,+Yağıların yanlış yerə yozmağını istəmədim.+
Yoxsa deyərdilər: “Biz güclü çıxdıq,+Bu işdə Yehovanın əli yoxdur”.
28 Onlar düşüncəsiz* xalqdır,Hamısı qanmazdır.+
29 Kaş ki ağılları olaydı!+ Onda bir az düşünərdilər.+
Axırlarını fikirləşərdilər.+
30 Bir nəfər min nəfəri necə təqib edə bilər?İki nəfər on min adamı necə qova bilər?+
Çün onların Qayası onları atdı,+Yehova onları tərk etdi.
31 (Yağıların qayası Qayamıza tay deyil,+Bunu özləri də dərk edirlər.)+
32 Tənəkləri Sədum tənəklərindən,Əmurə bağlarındandır.+
Üzümlərinin hər giləsi zəhər tuluğu,Salxımları zəqqumdur.+
33 Şərabları zəhrimar,Amansız ilan* ağısı.
34 Bunu möhür altında,Anbarımda saxlayıram.+
35 Qisas Mənimdir, əvəzi Mən çıxacağam,+Vaxtı çatanda ayaqları sürüşəcək.+Onların fəlakət günü yaxındır.Aqibətləri astanadadır”.
36 Yehova Öz xalqını sorğu-suala çəkəcək.+Lakin güclərinin tükəndiyini,Yalnız biçarələrin, zavallıların qaldığını görəndəQullarına rəhmi gələcək.+
37 Sonra deyəcək: “Hanı allahları,+Pənah apardıqları qayalar,
38 Qurbanlarının piyi ilə bəslədikləri,Şərab təqdimələrini içirdikləri allahlar?+
Qoy qalxıb dadınıza yetişsinlər,
Pənahgahınız olsunlar.
39 İndi bilin, Allah Mənəm.+Məndən başqa yoxdur allah.+
Öldürən də Mənəm, həyat verən də.+
Yaralayan da,+ şəfa verən də.+Əlimə düşəni qurtaran olmaz.+
40 Əlimi göylərə qaldırıbƏbədi varlığıma and içirəm,+
41 Əgər parlayan qılıncımı itiləyirəmsə,Əlim hökmün icrası üçün qalxıbsa,+Demək, düşmənlərimi intiqam haqlayacaq,+Mənə asi düşənlərdən əvəz çıxacağam.
42 Oxlarımı qanla məst edəcəyəm,Ölənlərin, əsirlərin qanı ilə.Qılıncımı doyuracağamDüşmən rəhbərlərinin başı ilə, cismi ilə”.
43 Ey xalqlar, Onun xalqı ilə şadlanın.+O, qullarının qanını yerdə qoymayacaq.+Düşmənlərindən qisas alacaq,+Xalqının torpağı üçün kəffarə verəcək*».
44 Beləcə, Musa gəlib Nun oğlu Huşə*+ ilə birlikdə bu nəğmənin sözlərini bütün xalqa söylədi.+
45 Söyləyib qurtarandan sonra
46 dedi: «Bu gün sizə söylədiyim xəbərdarlıq sözlərini ürəyinizə həkk edin+ ki, övladlarınıza qanunun bütün tələblərinə cidd-cəhdlə əməl etməyi aşılayasınız.+
47 Bu, boş söz deyil, ölüm-dirim məsələsidir.+ Bu sözün sayəsində İordanı keçib tutacağınız torpaqda uzun ömür sürəcəksiniz».
48 Elə həmin gün Yehova Musa ilə danışıb dedi:
49 «Əriha ilə üzbəüz, Muab ölkəsində olan Abarimdəki+ Nəba dağına+ qalx, israillilərə verəcəyim Kənan diyarını seyr elə.+
50 Sonra Harun Hur dağında+ ölüb ata-babalarına qovuşduğu* kimi, sən də bu dağda gözlərini həyata yumub ata-babalarına qovuşacaqsan.
51 Çünki Sin səhrasında, Qədisdəki Məriba suyunun+ yanında ikiniz də İsrail xalqının qarşısında Mənə hörmətsizlik etdiniz, israillilərin önündə müqəddəsliyimi uca tutmadınız.+
52 İsrail xalqına verəcəyim diyarı uzaqdan görəcəksən, amma ayağını ora basmayacaqsan».+
Haşiyələr
^ Digər variant: bəşəri.
^ Mənası: dürüst. İsrailə verilən şərəfli ad.
^ Digər variant: nəsihətə kar.
^ Hərfən: kobra.
^ Yaxud torpağını təmizləyəcək.
^ Yuşənin əsil adı. Huşə Yahın xilas etdiyi, Yah xilas etdi mənasını verən Huşiyyə adının qısa formasıdır.
^ İbranilərdə ölümü bədii dillə təsvir edən ifadə.