Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Nəğmələr nəğməsi 3:1—11

MÜNDƏRİCAT

  • Qız (1—5)

    • «Gecələr könül həmdəmimi axtardım» (1)

  • Sion qızları (6—11)

    • Süleymanın əzəmətinin nümayişi

3  «Gecələr yatağımdaKönül həmdəmimi axtardım,+ Hey axtardım, tapmadım.+   Durum şəhəri dolaşım,Küçələrdə, meydanlardaKönül həmdəmimi axtarım. Hey axtardım, tapmadım.   Şəhəri dolaşan keşikçilər məni gördü.+ Sordum “könül həmdəmimi görməmisiniz?”   Onlardan ayrılan kimiKönül həmdəmimi tapdım. Yapışdım ondan, buraxmadım,Ta anamın evinə,Məni bətnində gəzdirən qadının iç otağına gətirənəcən buraxmadım.+   Ey Yerusəlim qızları, sizi and verirəmCeyranlara, çöllərdəki marallara, Qəlbimdə məhəbbət ayıltmayın, oyatmayın, özü oyanmayınca».+   «Mürr, kündür qoxan,Tacirlərin çeşid-çeşid kirşanlarının ətrini qoxan,+Tüstü burumlarıtək səhradan gələn nədir belə?»   «Bu ki Süleymanın taxt-rəvanıdır! Altmış igidin,İsrail igidlərinin əhatəsində.+   Hər biri qılınc qurşayıb,Hər biri əsil cəngavərdir.Gecə təhlükəsini dəf etməkçünHər birinin belində qılıncı hazır».   «Bu, padşah Süleymanın kəcavəsidir,Livan ağacından düzəltdirdiyi kəcavəsidir.+ 10  Dirəkləri gümüşdəndir,Söykənəcəyi qızıldan. Oturacağı bənövşəyi yundandır,Yerusəlim qızları bəzəmişlərİçini cani-dildən». 11  «Ey Sion qızları, çıxın, baxın,Anasının+ düzəltdiyi,Toy gününə, könlünün şad gününə düzəltdiyiBəy tacını* başına qoymuş padşah Süleymana baxın!»

Haşiyələr

Yaxud çələngini.