Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mikə 4:1—13

MÜNDƏRİCAT

  • Yehovanın dağı ucalacaq (1—5)

    • Qılınclardan gavahın düzəldəcəklər (3)

    • Yehovanın adı ilə yeriyəcəyik (5)

  • Sion güclənəcək (6—13)

4  Zamanın sonundaYehovanın evinin durduğu dağ+Dağlardan uca bərqərar olacaq,Təpələrdən yuxarı ucalacaq,Xalqlar ona sarı axışacaq.+   Çox xalqlar gəlib deyəcək: «Gəlin Yehovanın dağına,Yaqubun Allahının evinə qalxaq,+ O, bizə yolunu öyrətsin,Biz də Onun yolu ilə yeriyək». Çünki qanun Siondan,Yehovanın sözü Yerusəlimdən çıxacaq.   O, çox ümmətlər arasında hakim olacaq,+Uzaqda yaşayan qüdrətli xalqlara aid məsələləri həll edəcək. Onlar qılınclarından gavahın*,Nizələrindən oraq düzəldəcək.+ Xalq xalqın üstünə qılınc qaldırmayacaq,Artıq müharibə etməyi öyrənməyəcəklər.+   Hər kəs öz meynəsinin, öz əncir ağacının altında oturacaq,+Onları qorxudan olmayacaq,+Bunu ordular Allahı Yehova deyib.   Bütün ümmətlər, hər biri öz allahının adı ilə yeriyəcək,Biz isə əbədiyyən Allahımız Yehovanın+ adı ilə yeriyəcəyik.   Yehova bəyan edir:«O gün axsayan xalqı toplayacağam.Pərən-pərən düşmüş,+Cəzalandırdığım xalqı bir yerə yığacağam.   Axsayan xalqdan bir qalıq saxlayacağam,+Sürgün edilmiş xalqı qüdrətli xalq edəcəyəm.+Yehova Sion dağında, onların üzərindəİndidən sonsuzadək hökmranlıq edəcək.   Sən, ey sürü qülləsi,Ey Sion qızının dağı,+Yenidən ilk hakimiyyətinə,+Yerusəlim qızının səltənətinə qovuşacaqsan.+   Nə çığır-bağır salmısan? Məgər padşahın yoxdur,Məsləhətçin ölüb ki,Doğan qadın kimi sancı çəkirsən?+ 10  Ey Sion qızı,Doğan qadın kimi ağrıdan qovrul, zarılda.Çünki şəhərdən çıxıb çöllükdə yaşayacaqsan. Babilə gedib çıxacaqsan,+Orada xilas olacaqsan.+Orada Yehova səni düşmən əlindən qurtaracaq.+ 11  Çox xalqlar sənə qarşı toplaşıb deyəcək:“Qoy Sion murdarlansın,Qoy gözümüzlə görək!” 12  Lakin onlar Yehovanın fikirlərini bilmir,Onun niyyətini başa düşmürlər.O, onları təzəcə biçilib xırmana yığılmış taxıl dərzləri kimi toplayacaq. 13  Ey Sion qızı, dur, xırman döy!+Mən sənin buynuzunu dəmirə,Dırnaqlarını misə döndərəcəyəm.Sən çox xalqları əzib toz edəcəksən,+ Onların haram yolla qazandıqlarını Yehovaya,Sərvətlərini Xudavəndi-aləmə həsr edəcəksən.+

Haşiyələr

Xışın yeri şumlayan dəmir hissəsi.