Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Məsəllər 6:1—35

MÜNDƏRİCAT

  • Girov boyun olmaq xatalıdır (1—5)

  • Tənbəl və qarışqa (6—11)

  • Yaramaz, bədəməl adam (12—15)

  • Yehovanın zəhləsi getdiyi yeddi şey (16—19)

  • Ayağısürüşkən qadından qorun (20—35)

6  Oğlum, başqasından ötrü girov boyun olmusansa,+Yadla əl sıxıb razılığa gəlmisənsə,+   Vəd edərək tələyə düşmüsənsə,Dilindən çıxan söz səni tora salıbsa,+   Canını qurtar, oğlum.Çünki onun pəncəsinə keçmisən. Belə et: get onun ayağına düş, yalvar, yaxar.+   Gözünə yuxu vermə,Göz qapaqların yumulmasın.   Ovçudan qaçan ceyran kimi qaç qurtul,Səyyadın əlindən çıxan quştək canını qurtar.   Ey tənbəl, get qarışqaya bax.+Onu müşahidə elə, hikmət qazan.   Onun nə ağası, nə başçısı, nə hökmdarı var.   Azuqəsini yayda tədarük edər,+Yemini biçin mövsümündə yığar.   Ay tənbəl, nə vaxtadək yatacaqsan? Haçan yuxudan duracaqsan? 10  Bir az da yatsan, bir az da mürgüləsən,Bir az da əl-qolunu sallayıb otursan,+ 11  Yoxsulluq quldur kimi başının üstünü kəsəcək,Ehtiyac soyğunçu kimi üstünə cumacaq.+ 12  Yaramaz, bədəməl adam dilində saxta sözlər gəzər.+ 13  Göz vurar,+ ayaqları ilə işarə edər, barmaqları ilə göstərər. 14  Ürəyi məkrlidir,Daima fitnə qurar,+ nifaq salar.+ 15  Ona görə də sonu qəfil gələr,Bir an içində yıxılıb naəlac qalar.+ 16  Altı şey var ki, Yehovanın zəhləsi gedir,Yeddi şeydən ikrah edir: 17  Təkəbbürlə baxan gözlər,+ yalan danışan dil,+ günahsız qan tökən əllər,+ 18  Fitnə quran ürək,+ şər üçün tələsən ayaq, 19  Nəfəsi yalanla gedib-gələn şahid,+Qardaşlar arasına nifaq salan kəs.+ 20  Oğlum, atanın əmrini yerinə yetir,Ananın nəsihətindən çıxma.+ 21  Onları həmişəlik ürəyinə həkk et.Boynuna dola. 22  Onlar getdiyin yolda sənə bələdçilik edər,Yatanda keşiyini çəkər,Oyananda səninlə danışar*. 23  Çünki əmr çıraqdır,+Nəsihət nurdur.+Tərbiyə və məzəmmət həyata aparan yoldur.+ 24  Onlar səni ayağısürüşkən qadından qoruyar,+Əxlaqsız qadının şirin dilindən hifz edər.+ 25  Onun gözəlliyinə aşiq olma,+Qoyma şəhvətli baxışları səni əsir alsın. 26  Fahişənin ucbatından adam əlində yavan çörək qalar,+Özgə arvadı əziz canı ovlamağa çıxar. 27  Adam qoynuna od götürsə, məgər paltarı yanmaz?+ 28  Köz üstündə gəzənin ayaqları bişməz? 29  Başqasının arvadı ilə yaxınlıq edənin də halı belə olar.Ona toxunan cəzasız qalmaz.+ 30  Ac adam qarnını doydurmaq üçün oğurlarsa,Kimsə onu qınamaz. 31  Ancaq ələ keçsə, yeddi qatını ödəyər,Evinin var-yoxunu verər.+ 32  Qadınla zina edən ağılsızdır,Belə adam özü özünü məhv edir.+ 33  O, özünə yara vurar, özünü hörmətdən salar,+Rüsvayçılıq damğası üstündən getməz.+ 34  Çünki qısqanclıq qadının ərini coşdurar,Qisası amansız olar.+ 35  Bundan ötrü nə versən də yumşalmaz*,Heç bir hədiyyə ilə hirsi soyumaz.

Haşiyələr

Yaxud sənə nəsihət verər.
Yaxud fidyə götürməz.