Məsəllər 5:1—23
5 Oğlum, hikmətimə diqqət yetir.
Bəsirətimə qulaq ver,+
2 O zaman ağlını qoruyarsan.Qoy dilindən bilik əskik olmasın.+
3 Pozğun qadının dilindən, sanki, bal tökülür,+Dili yağdan da yumşaqdır.+
4 Fəqət o, acı yovşandır,+İkiağızlı qılınctək yaralar.+
5 Ayaqları ölümə aparır,
Addımları düz Məzara* gedir.
6 Həyat yolu nədir, fikirləşməz.
Yolları dolaşıqdır, hara getdiyini bilməz.
7 Oğlum, qulaq as,Sözümdən çıxma.
8 Belə qadından uzaq gəz,Evinin qapısına yaxın getmə ki,+
9 Ləyaqətin tapdalanmasın,+Ömrün bada getməsin.+
10 Varını yadlar talamasın,+Zəhmətlə topladığın özgənin evinə getməsin.
11 Yoxsa ömrün sona çatanda,Canın taqətdən düşəndə ah-nalə çəkərək+
12 Belə deyərsən: «Heyif, tərbiyəyə xor baxdım!
Ürəyimdə öyüd-nəsihətə həqarət etdim!
13 Ustadlarıma qulaq asmadım,Müəllimlərimin sözünə baxmadım.
14 Elin gözü görə-görəUçuruma yuvarlandım».+
15 Öz hovuzundan,Öz çeşməndən axan suyu iç.+
16 Niyə bulaqların kənara,Arxların şəhər meydanlarına axsın?+
17 Qoy onlar ancaq səninki olsun,Yadlarla paylaşma.+
18 Qoy çeşmən bərəkətli olsun,Cavanlığında aldığın arvadından kam al.+
19 Qoy sevimli maralın, gözəl ceyranın*+
Həmişə səni döşləri ilə məst etsin.
Yalnız onun eşqinin əsiri ol.+
20 Oğlum, nə üçün pozğun qadının əsiri olasan,Əxlaqsız qadının qoynuna girəsən?+
21 İnsanın yolları Yehovanın gözü önündədir,Onun hər addımını yoxlar.+
22 Şər insan öz səhvi ilə tələyə düşər,Öz günahının kəməndinə düşər.+
23 Tərbiyəni rədd etdiyi üçün həlak olar,Hədsiz səfehliyinə görə yolunu azar.