Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Mərsiyələr 3:1—66

MÜNDƏRİCAT

  • Ərəmyanın hissləri və ümidi

    • «Səni gözləyəcəyəm» (21)

    • Allahın mərhəməti hər səhər təzələnir (22, 23)

    • Allah Ona ümid bağlayanlara qarşı xeyirxahdır (25)

    • Gənclik çağında boyunduruq (27)

    • Allah Öz dərgahına buludlardan sədd çəkib (43, 44)

א [Alef] 3  Onun qəzəb dəyənəyinin cəfasını çəkən bəndə mənəm.   O, məni didərgin salıb, məni işıqda yox, zülmətdə yeridir.+   Bütün günü əli mənə qarşıdır.+ ב [Bet]   Cismimi əritdi, dərimi çürütdü,Sümüklərimi qırdı.   Məni mühasirəyə aldı, zəhərli otlarla,+ cəfa ilə dövrəyə aldı.   Çoxdan ölüb gedənlər kimi məni zülmətlərdə oturdub. ג [Qimel]   Ətrafıma divar çəkib ki, qaça bilməyim.Məni ağır mis qandallarla qandallayıb.+   Fəryad edib imdad diləyəndə dualarımı rədd edir.+   Yollarımı yonulmuş daşlarla kəsib.Rizlərimi dolaşdırıb.+ ד [Dalet] 10  Pusquya yatan ayıtək, şirtək məni güdür.+ 11  Məni sürükləyib yoldan çıxardı, məni tikə-parça etdi*.Məni tar-mar etdi.+ 12  Yayını gərdi, məni oxuna hədəf seçdi. ה [He] 13  Çəkib oxdanından ox atdı, böyrəyimə sapladı. 14  Xalqlar məni məzhəkəyə qoyur, bütün günü dillərində dolaşan nəğməyəm. 15  O, mənə zəqqətun yedirdi, məni yovşanla doyurdu.+ ו [Vav] 16  Dişlərimi çınqılla sındırır.Kül içində məni diz çökdürür.+ 17  Sən dincliyimi əlimdən almısan. Yadımda yaxşı bir şey qalmayıb. 18  Dedim: «Cah-calalım solub, Yehovadan ümidim kəsilib». ז [Zayn] 19  Çəkdiyim cəfanı, səfil halımı unutma,+ yovşan yediyimi, zəhər içdiyimi yaddan çıxarma.+ 20  Bilirəm ki, məni yada salacaqsan, dadıma yetəcəksən.+ 21  Bu, həmişə yaddaşımdadır, odur ki, səbir edib Səni gözləyəcəyəm.+ ח [Xet] 22  Yehovanın məhəbbətinə* görə məhv olmadıq.+Onun mərhəməti tükənməzdir,+ 23  Hər səhər təzələnir.+ Onun vəfası sonsuzdur.+ 24  Dedim: «Yehova nəsibimdir.+ Onu gözləyəcəyəm».+ ט [Tet] 25  Yehova Ona ümid bağlayana,+ Ona üz tutana qarşı xeyirxahdır.+ 26  İnsan üçün yaxşısı budur ki, dinməz-söyləməz durub Yehovadan nicat gözləsin.+ 27  Gənclik çağında boyunduruğunu daşımaq insanın xeyrinədir.+ י [Yud] 28  Əgər Allah bu yükü onun üstünə qoyubsa, qoy tək-tənha otursun, susub dinməsin.+ 29  Qoy üzüqoylu torpağa düşsün.+ Onun üçün hələ ümid var.+ 30  Onu vurana üzünü çevirsin. Təhqirlərə sonadək dözsün. כ [Kaf] 31  Çünki Yehova bizi həmişəlik atmayacaq.+ 32  Dərd versə də, böyük məhəbbətinə görə mərhəmət də göstərəcək.+ 33  Çünki bəşər övladına cəfa vermək, dərd çəkdirmək Onun ürəyincə deyil.+ ל [Lamed] 34  Dünyadakı məhbusları ayaqlar altında əzmək,+ 35  Haqq-Taalanın hüzurunda insanın haqqını tapdalamaq,+ 36  Məhkəmədə kiməsə kələk gəlmək —Belə şeylər Yehovaya ağır gedir. מ [Mem] 37  Yehova buyurmasa, kim söz deyib sözünü gerçəkləşdirə bilər? 38  Haqq-Taalanın dilindənXeyirlə bərabər şər çıxmaz. 39  Günahının acısını çəkən insan niyə şikayətlənir?+ נ [Nun] 40  Gəlin yollarımızı yoxlayıb-araşdıraq,+ gəlin Yehovaya geri qayıdaq.+ 41  Gəlin sidqi-ürəkdən Allaha üz tutaq, əlimizi göylərə açıb deyək:+ 42  «Günah işlədik, asilik etdik.+ Sən bizi bağışlamadın.+ ס [Samex] 43  Qəzəblə sədd çəkdin, yaxınlaşmağa qoymadın.+Təqib edib acımadan bizi öldürdün.+ 44  Buludlardan sədd çəkdin ki, dualarımız dərgahına yetişməsin.+ 45  Xalqlar arasında bizi tör-töküntüyə, zibilə döndərmisən». פ [Pe] 46  Bütün düşmənlərimiz üstümüzə ağzını açır.+ 47  Bizə dəhşət, tələ, məhv, həlak nəsib oldu.+ 48  Qırılan əziz xalqıma görə gözüm bulaq kimi çağlayır.+ ע [Ayn] 49  Göz yaşlarım durmadan axır, dayanmır,+ 50  Yehova göylərdən aşağı baxanadək,+ halımızı görənədək göz yaşlarım dinməyəcək. 51  Şəhərimin qızlarının dərdini+ görən bu gözlərim canıma əzab verir. צ [Tsade] 52  Yağılarım nahaqdan məni quştək ovladılar. 53  Həyatımı çuxurda sükuta qərq etdilər, məni daşqalaq etdilər. 54  Sular məni örtdü, dedim: «Axırım çatdı!» ק [Kof] 55  Ey Yehova, çuxurun dibindən adını çağırdım.+ 56  Eşit səsimi, Səndən imdad diləyirəm, qurtuluş istəyirəm, qulağını bağlama. 57  Səni çağırdığım gün mənə yaxınlaşdın, «qorxma» dedin. ר [Reyş] 58  Sən haqqımı müdafiə etdin, ey Yehova, həyatımı qurtardın.+ 59  Ey Yehova, mənə edilən haqsızlığı gördün. Nə olar, mənim üçün haqqı bərqərar et.+ 60  Məndən aldıqları intiqamı, mənə qarşı qurduqları fitnə-fəsadı gördün. ש [Sin] yaxud [Şin] 61  Ey Yehova, onların tənələrini, mənə qurduqları qəsdi,+ 62  Əleyhdarlarımın sözlərini, gün boyu dalımca etdikləri pıçapıçları eşitdin. 63  Onlara nəzər sal, oturub-durub mahnı oxuyur, məni lağa qoyurlar. ת [Tav] 64  Ey Yehova, onlara əməllərinin əvəzini verəcəksən. 65  Onları lənətləyib daşürəkli edəcəksən. 66  Ey Yehova, Sən onları qəzəblə təqib edib göylər altından yox edəcəksən.

Haşiyələr

Digər variant: vücudumu süstləşdirdi.