Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 Salnamələr 12:1—40

MÜNDƏRİCAT

  • Davudun tərəfdarları (1—40)

12  Davud Kiş oğlu Talutdan gizlənəndə+ Sığlağa+ onun yanına adamlar gəlmişdi. Onlar döyüşdə Davuda kömək edən igidlərdən idi.+  Binyamin qəbiləsindən, Talutun qardaşlarından olan bu adamlar ox-kamanla silahlanmışdılar, həm sağ, həm də sol əllə sapandla daş atmağı+ və ox atmağı bacarırdılar.+  Onların başçısı gibahlı+ Şəmmanın oğlu Əxyəzər idi. Onunla birlikdə qardaşı Yuəş, Əzmut+ oğulları Yəzail və Fələt, Bərəkət, ənatutlu Yəhu,  otuz igiddən+ biri olub onlara başçılıq edən gibyonlu+ İsmaya, həmçinin Ərəmya, Yahəzil, Yuhənna, cədərəli Yuzabad,  İlüzəy, Ərimut, Bəlyah, Şimray, xarifli Şəfətay,  Qarunun nəslindən+ olan Əlqəna, İşya, Əzaril, Yüzər, Yəşubəm,  cədurlu Yərahim oğulları Yulah və Zəbədya idi.  Cadlılardan bəziləri səhrada, qalada yaşayan Davudun tərəfinə keçdi.+ Onlar döyüş təlimi görmüş, böyük qalxanı, nizəsi hazır vəziyyətdə olan, üzü şir üzünə bənzəyən, dağlardakı cüyür kimi cəld igidlər idilər.  İsər başçı idi, Əbdiya ikinci, Əlyab üçüncü, 10  Mişmanna dördüncü, Ərəmya beşinci, 11  Attay altıncı, Əliil yeddinci, 12  Yuhənna səkkizinci, İlzəbad doqquzuncu, 13  Ərəmya onuncu, Məhbənnay on birinci idi. 14  Bu sərkərdələr cadlılar+ idi. Onların ən zəifi yüz nəfərə, ən güclüsü min nəfərə dəyərdi.+ 15  Onlar birinci ayda, İordan çayı daşan vaxt çayı keçib düzlərdə yaşayanları şərqə, qərbə qovmuşdular. 16  Binyamin və Yəhudadan da bəziləri Davudun istehkamına+ gəlmişdi. 17  Davud onların qarşısına çıxıb demişdi: «Əgər siz yanıma xoş niyyətlə, kömək etmək məqsədilə gəlmisinizsə, dostlarımsınız, yox əgər heç bir təqsirim olmaya-olmaya məni düşmənlərimə satmağa gəlmisinizsə, qoy ata-babalarımızın Allahı bunu görüb hökm çıxarsın».+ 18  Həmin vaxt otuz nəfərin başçısı Əməsayın üzərinə Allahın ruhu endi+ və o dedi: «Ey Davud, biz səninik, ey Yəssə oğlu, biz səninləyik,+ Salam, salam olsun sənə, həm də sənə kömək edənə,Çünki sənə kömək edən Allahındır».+ Davud onları qəbul edib qoşunlarının başçısı təyin etdi. 19  Davud filiştlilərlə birlikdə Talutla döyüşməyə gedəndə Mənəssədən də bəziləri Davudun tərəfinə keçmişdi. Amma o, filiştlilərə kömək etməmişdi, çünki Filişt hakimləri+ məsləhətləşib: «Davud ağası Talutun tərəfinə keçəcək, bu da bizə həyatımız bahasına başa gələcək», — deyərək onu geri göndərmişdilər.+ 20  Davud Sığlağa+ qayıdanda Mənəssədən bu adamlar onun tərəfinə keçmişdi: Adnax, Yuzabad, Yədail, Mikayıl, Yuzabad, Əlihu, Siltay. Bunlar Mənəssə qəbiləsinin minbaşıları idi.+ 21  Onlar Davuda basqınçı dəstəsilə vuruşmağa kömək etmişdilər, çünki hamısı igid, cəsur adamlar idi.+ Sonra onlar sərkərdə oldular. 22  Hər gün Davuda kömək etməyə adamlar gəlirdi.+ Axırda onlardan Allahın ordusu kimi, böyük bir ordu yarandı.+ 23  Yehovanın əmrinə əsasən, Talutun padşahlığını Davuda vermək üçün Həbruna+, onun yanına gələn silahlanmış döyüşçülərin sayı budur:+ 24  yəhudalılardan böyük qalxan və nizə daşıyan, silahlanmış 6800 nəfər; 25  şəmunlulardan 7100 igid, cəsur döyüşçü. 26  Lavililərdən 4600 nəfər. 27  Yəhyaday+ Harun oğullarının başçısı idi.+ Onunla 3700 nəfər var idi. 28  İgid, cəsur gənc Sadıq+ da öz nəslindən 22 başçı ilə birlikdə gəlmişdi. 29  Binyaminlilərdən, Talutun qardaşlarından+ 3000 nəfər. Onların böyük əksəriyyəti vaxtilə Talut evinə sadiq idi. 30  Əfraimlilərdən öz nəslində tanınmış, igid, cəsur 20 800 nəfər. 31  Mənəssə qəbiləsinin yarısından Davudu padşah etmək üçün ora gəlməyə təyin olunan 18 000 nəfər. 32  Yəsakir qəbiləsindən İsrailin nə vaxt nə etməli olduğunu bilənlər — 200 başçı. Bütün qardaşları onların tabeliyində idi. 33  Zəbulundan döyüşə qabil, döyüş silahları ilə səflərdə düzülən və sidqi-ürəkdən Davuda qoşulan 50 000 nəfər. 34  Niftalıdan 1000 başçı və onlarla birlikdə böyük qalxan və nizə tutan 37 000 nəfər. 35  Danlılardan döyüş nizamı ilə düzülən 28 600 nəfər. 36  Aşirdən döyüşə qabil, döyüş nizamı ilə düzülən 40 000 nəfər. 37  İordanın o tayından+ olan rubənlilərdən, cadlılardan və Mənəssə qəbiləsinin yarısından hər cür silahla silahlanan 120 000 döyüşçü. 38  Onların hamısı döyüşə hazır, səf qurub düzülən döyüşçülər idi. Onlar sidqi-ürəkdən Davudu bütün İsrailin padşahı etmək istəyərək Həbruna gəlmişdilər. Həmçinin qalan israillilər də Davudu padşah etməkdə yekdil idilər.+ 39  Onlar üç gün orada Davudla qaldılar, yeyib-içdilər. Soydaşları* onlar üçün hazırlıq görmüşdü. 40  Həm yaxında, həm də uzaqda, Yəsakir, Zəbulun, Niftalı torpaqlarında yaşayanlar ulaqların, dəvələrin, qatırların, öküzlərin belində un, əncir lavaşanası, kişmiş lavaşanası, şərab, yağ, çoxlu mal-qara, qoyun-quzu gətirmişdilər. Çünki bütün İsrail sevinc içində idi.

Haşiyələr

Hərfən: qardaşları.